Tehranda Böyük Terror Planı PUÇ EDİLDİ

1 Dəq Oxuma Müddəti

Tehranın şərqində “Xəlq” təşkilatına bağlı terror hüceyrəsi zərərsizləşdirildi

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsi bu gün Tehranın şərqində yerləşən Pərdis şəhərində “Xalq Mücahidləri” terror qruplaşmasına bağlı silahlı əməliyyat hüceyrəsinin ifşa edilərək məhv edildiyini bəyan edib. Məlumata görə, hüceyrə paytaxt Tehranda və Əlborz vilayətində 10-dan artıq hökumət, təhlükəsizlik və hərbi mərkəzə hücum planlaşdırırmış.

SEPAH-ın yaydığı rəsmi açıqlamada bildirilir ki, Pərdisdə təhlükəsizlik qüvvələrinin davamlı nəzarəti və operativ ayıqlığı sayəsində hüceyrənin üzvləri vaxtında müəyyən edilərək tutulub. Onların müxtəlif terror fəaliyyətləri üçün yerli üsulla hazırlanan partlayıcı qurğular istehsal etməyə cəhd göstərdikləri dəqiqləşdirilib.

Partlayıcı hazırlığı və sui-qəsd planları

Açıqlamaya əsasən, qruplaşma üzvləri son günlərdə “yerli istehsal bombalar” hazırlamaq üçün lazım olan xammalın əldə edilməsi istiqamətində hərəkət edirmiş. Bu bombaların həm mülki vətəndaşlara qarşı sui-qəsdlərdə, həm də dövlət obyektlərinə hücumlarda istifadə olunması planlaşdırılırmış. Təhlükəsizlik qüvvələri hüceyrəni vaxtında zərərsizləşdirərək genişmiqyaslı təhlükənin qarşısını alıblar.

SEPAH bildirib ki, əməliyyat kəşfiyyat orqanlarının daimi nəzarəti və Pərdisdəki təhlükəsizlik qruplarının sürətli müdaxiləsi nəticəsində uğurla həyata keçirilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş