İran Təhlükəsizlik Şurası Livanda yayılan xəbərləri rədd edir
İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş Katibliyinə yaxın mənbələr “əl-Məyadin”ə açıqlamalarında, şura katibi Əli Laricani ilə Livan Prezidenti, ordu generalı Cozef Aun arasında keçirilən görüş haqqında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirdilər. Mənbələr qeyd edib ki, elektron mediada yayılan iddiaların heç bir əsasının olmadığı aydındır.
Açıqlamada vurğulanıb ki, görüşdən sonra yayılan “uydurma və səviyyəsiz ifadələr”in Livan Prezidenti tərəfindən səsləndirildiyini iddia etmək qəbulolunmazdır və bu cür məlumatların haradan qaynaqlandığı sual doğurur. Mənbələr bildiriblər:
“Biz hesab edirik ki, Livan Prezident Administrasiyası görüşün tam videoçekilişinə malikdir və həmin görüntülərin yayımlanması bütün şübhələri aradan qaldıracaq.”
Yayılmış xəbərlər hansı kontekstdə ortaya çıxıb?
Təkzib açıqlaması, Laricani ilə Aun arasında ötən ilin avqust ayında Beyrutda baş tutan görüşün məzmunu barədə bir internet saytının yaydığı iddiaların sürətlə gündəmə gəlməsindən sonra verilib. Həmin məlumatlarda görüş zamanı tərəflər arasında sərt ifadələrin səsləndiyi iddia olunmuşdu.
İran tərəfi isə bu xəbərləri “tamamilə uydurma” və “məqsədli informasiya manipulyasiyası” kimi dəyərləndirir.
Laricaninin Beyrut səfərinin mesajı
Əli Laricani avqust səfəri zamanı verdiyi açıqlamalarda İranın hər zaman Livanda “güclü, müstəqil və səmərəli hökumətlərin” formalaşmasını dəstəklədiyini bildirib. O, Tehranla Beyrut arasında uzun illərə dayanan dostluq münasibətlərinin regionun sabitliyi üçün önəmli olduğunu vurğulayıb.
Lariçani Livanın gələcəyinə ümidlə yanaşdıqlarını da qeyd edib:
“İran İslam Respublikası Livan xalqının rifahına, sabitliyinə və milli maraqlarına uyğun addımların atılmasını arzulayır.”
