az.rasthaber.com xəbər verir ki, “Tağıyev: Neft” filmi Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim olunub.
Bu barədə Azərbaycan Film Seçimi Komitəsinin sədri, kinorejissor Şamil Əliyev məlumat verib. Onun sözlərinə görə, uzun siyahı oktyabrda, qısa siyahı dekabrda, əsas nominasiyalar isə 2026-cı ilin yanvarında açıqlanacaq. Mükafatlandırma mərasimi 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən film, milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” ekran əsərinin ilk seriyasıdır.
Filmdə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və regionlarda baş verən mühüm tarixi hadisələr əks olunub. Xüsusilə Tağıyevin qızların təhsili üçün ilk məktəbin yaradılması, neft sənayesinin inkişafı və şəhərin infrastrukturuna verdiyi töhfələr ön plana çıxarılıb.
Çəkilişlər miqyası ilə Azərbaycan kinematoqrafiyasına düşən layihə 76 məkanda aparılıb, 2500-ə yaxın yaradıcı şəxsin iştirakı ilə kütləvi səhnələr lentə alınıb. 300-dən çox dekorasiya qurulub, xüsusi geyim emalatxanasında yüzlərlə libas, aksesuar və rekvizit hazırlanıb.
Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.
Xalq artisti Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan