Sərnişin avtobusunda partlayış baş verib
Suriya Səhiyyə Nazirliyi Dəməşq ətrafındakı Cərməna bölgəsində ictimai nəqliyyat vasitəsində baş verən partlayış nəticəsində 2 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını açıqlayıb.
Məlumata görə, partlayış marşrut avtobusunun (“servis”) daxilinə əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hadisə yerində məhkəmə-tibbi ekspertlər çalışır
Suriya dövlət xəbər agentliyinin yaydığı məlumata əsasən, Səhiyyə Nazirliyinin Təcili Yardım İdarəsinin rəhbəri hadisə yerində məhkəmə-tibbi ekspertiza qruplarının fəaliyyət göstərdiyini bildirib.
Rəsmi məlumata görə, partlayışın gücü nəticəsində insan bədəninin hissələri ətrafa səpələnib və hazırda hadisənin bütün təfərrüatları araşdırılır.
Partlayışın təşkilatçıları və motivi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

