Suriyada Məhəllələrə Hücum: Mülklər Dağıdıldı

2 Dəq Oxuma Müddəti

Lazkiyədə məhəllələrə basqınlar

Suriyanın Lazkiyə şəhərində axşam saatlarında təhlükəsizlik vəziyyəti kəskinləşib. Yerli mənbələrin bildirdiyinə görə, ölkədəki keçid hakimiyyətini dəstəkləyən qruplar ələvilərin yaşadığı bir sıra məhəllələrə daxil olaraq məzhəbçi şüarlar səsləndirib. Hadisələr zamanı ictimai asayiş pozulub, mülki obyektlərə ciddi ziyan dəyib.

Mağazalar və avtomobillər dağıdıldı

Mənbələrin verdiyi məlumata əsasən, hücum edən qruplar xüsusilə Ziraət məhəlləsində mağazaların vitrinlərini sındırıb. Bununla yanaşı,ələvilərin yaşadığı digər ərazilərdə park edilmiş avtomobillərin şüşələri qırılıb. Hadisələr şəhər sakinləri arasında qorxu və təşviş yaradıb, gecə saatlarında hərəkətlilik artıb.

Daxili təhlükəsizlik tədbirləri gücləndirildi

Baş verənlər fonunda şəhərin əsas küçə və prospektlərində daxili təhlükəsizlik qüvvələrinin patrulları yerləşdirilib. Məqsəd mümkün iğtişaşların qarşısını almaq, asayişi təmin etmək və yeni təxribatların baş verməsinə imkan verməməkdir. Rəsmi qurumlar vəziyyətin nəzarət altında saxlanıldığını bildirsə də, yerli əhali arasında narahatlıq qalmaqdadır.

Həma vilayətində silahlı hücum

Eyni vaxtda Suriyanın Həma vilayətinin şimalındakı kəndlərdən birində faciəvi hadisə qeydə alınıb. Məlumata görə, ələvi icmasına mənsub gənc naməlum silahlı şəxslər tərəfindən güllələnərək öldürülüb. Hadisə kəndin yaşayış məntəqəsində, gəncin öz evinin qarşısında baş verib.

Hücumun təfərrüatları

Müşahidəçilərin məlumatına görə, motosikletlə hərəkət edən silahlı qrup gənci saxlayaraq əvvəlcə kənd sakini olub-olmadığını soruşub. Daha sonra onun məzhəbi mənsubiyyəti ilə maraqlanıblar. Gəncin ələvi olduğunu bildirməsindən dərhal sonra silahlılardan biri ona atəş açıb və hadisə yerindən qaçıb. Hadisə bölgədə etnik və məzhəbi gərginliyi daha da artırıb.

Etirazlar və saxlanılma

Bu hadisələrdən öncə bazar günü axşam saatlarında Tartus vilayətində İslami Ələvi Şurasının sədri şeyx Əli Həlhəl saxlanılıb. Saxlanılma, Baniyas, Lazkiyə, CəbləHoms şəhərlərində mövcud hakimiyyətə qarşı keçirilən dinc etiraz aksiyalarından sonra baş verib.

Dinc aksiyalara müdaxilə

Məlumatlara əsasən, mülki vətəndaşların iştirakı ilə keçirilən bu aksiyalar təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılanıb. Atəşli silah və kəsici alətlərin tətbiqi nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisələr Suriyada onsuz da həssas olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş