“Sumqayıt” və “Şamaxı” qələbə qazandı

2 Dəq Oxuma Müddəti

“Zəfər turu”na start verildi

Bu gün Azərbaycan Misli Premyer Liqasının 11-ci turuna start verilib. Tur, Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr olunduğu üçün rəmzi olaraq “Zəfər turu” adlandırılıb.

Xüsusi qeyd olaraq, bütün oyunlar saatın 44-cü dəqiqəsində başlayır – bu da 44 günlük Vətən müharibəsinə simvolik ehtiram göstəricisidir.

Bu gün iki qarşılaşma keçirilib.

“Şamaxı” doğma meydanda qələbə qazandı

Günün ilk oyunu Şamaxı şəhər stadionunda baş tutub. Turnir cədvəlində 9-cu pillədə olan “Şamaxı” komandası, səfərə gəlmiş “İmişli”yə qarşı oynayıb.

Qarşılaşmanın taleyini 78-ci dəqiqədə Karim Rossinin vurduğu qol həll edib – 1:0. Bu nəticədən sonra “Şamaxı” 8-ci pilləyə yüksəlib, “İmişli” isə 9-cu yerə enib.

Oyunu Rauf Cabarovun başçılıq etdiyi hakimlər briqadası idarə edib, VAR sisteminə Rəvan Həmzəzadə nəzarət edib.

“Sumqayıt” səfərdə inamlı qələbə qazandı

Turun ikinci görüşü Qəbələ şəhər stadionunda keçirilib. “Sumqayıt” komandası səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

“Gənclik şəhəri” təmsilçisinin qollarını Rüstəm Əhmədzadə (54-cü dəq.)Aleksandr Ramalinqom (81-ci dəq.) vurublar.

Bu nəticə ilə “Sumqayıt” turnir cədvəlində 3-cü yerə yüksəlib, “Qəbələ” isə sonuncu pillədə qalıb.

Matçın baş hakimi Rəşad Əhmədov olub, VAR sistemində Cavid Cəlilov çalışıb.

Növbəti oyunlar

“Zəfər turu”nun digər qarşılaşmaları aşağıdakı tarixlərdə keçiriləcək:

8 noyabr (şənbə)

  • 15:44 – “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

  • 18:44 – “Zirə” – “Turan Tovuz”

9 noyabr (bazar)

  • 15:44 – “Kəpəz” – “Sabah”

  • 18:44 – “Qarabağ” – “Neftçi”

“Zəfər turu” çərçivəsində keçiriləcək qarşılaşmalarla Premyer Liqanın 11-ci turuna 9 noyabrda yekun vurulacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş