Sudan ordusu strateji obyektlərə yönələn PUA hücumunu dəf etdiyini açıqladı
Sudan ordusu cümə axşamı verdiyi bəyanatda ölkənin şimalında yerləşən strateji obyektlərə qarşı “Sürətli Dəstək Qüvvələri” tərəfindən pilotsuz uçuş aparatları ilə hücum həyata keçirildiyini, lakin hücumun müvəffəqiyyətlə qarşılandığını bildirib. Orduya görə, hücum Məravi şəhərindəki mühüm obyektləri – Məravi Hava Limanı və Məravi Su Anbarını – hədəf alıb.
Ordunun açıqlaması: intihar tipli PUA-lar zərərsizləşdirildi
Sudan Silahlı Qüvvələri bəyan edib ki, 19-cu Piyada Diviziyası səhər saatlarında endirilən hücuma cavab verərək “Sürətli Dəstək Qüvvələri” tərəfindən buraxılan bir neçə intihar tipli PUA-nı havada məhv edib. Ordu bildirib ki, pilotsuz aparatların əsas hədəfi diviziyanın qərargahı, hava limanı və su anbarı olub.
Şahidlər “Sudan Xəbər Agentliyinə” bildirib ki, hücum zamanı hava limanı və su anbarı ətrafında güclü partlayış səsləri eşidilib. Lakin dağıntının ölçüsü barədə hələ ki, rəsmi açıqlama yoxdur. “Sürətli Dəstək Qüvvələri” tərəfi isə məsələ ilə bağlı dərhal açıqlama verməyib.
Hücumun daha geniş əraziyə yayıldığı bildirilir
Yerli mənbələr hücumun yalnız Məravi ilə məhdudlaşmadığını, Dunqula və Dabba şəhərlərinin də hədəf alındığını qeyd edir. Hadisə sudanın şimalında vəziyyətin daha da gərginləşdiyi bir vaxtda baş verib.
Məravinin strateji əhəmiyyəti
Məravi şəhəri həm hərbi, həm də mülki məqsədlərlə istifadə olunan hava limanına, eləcə də Sudan üçün həyati önəm daşıyan Məravi Su Anbarına ev sahibliyi edir. Bu obyektlər ölkənin infrastrukturu və enerji təminatı baxımından əsas əhəmiyyətli bölgələrdən sayılır. Bu səbəbdən, şəhərə edilən pilotsuz hücumu sudanın şimalında strateji balansı hədəf alan ciddi cəhd kimi qiymətləndirilir.
