Son 24 saatda 67 nəfər öldürüldü
Qəzzə Səhiyyə Nazirliyi İsrail ordusunun hücumları barədə yeni açıqlama yayıb. Bildirilib ki, son 24 saat ərzində bölgədəki xəstəxanalara 67 nəfərin meyiti və 320 yaralı gətirilib. Həyatını itirənlərin ikisinin dağıntılar altından çıxarıldığı qeyd olunub.
Ateşkəs pozuldu, minlərlə insan həlak oldu
Məlumata görə, İsrail ordusu 19 yanvarda əldə olunan atəşkəsi 18 martdan etibarən pozaraq hücumları davam etdirir. Bu müddət ərzində 11 min 976 fələstinli şəhid olub, 51 min 55 nəfər isə yaralanıb.
Yardım gözləyənlər hədəfə alınır
Nazirliyin açıqlamasında son 24 saatda humanitar yardım üçün növbədə dayanan fələstinlilərə hücum nəticəsində 14 nəfərin həyatını itirdiyi, 85 nəfərin isə yaralandığı bildirilib. 27 maydan etibarən sözde yardım məntəqələrində İsrail və ABŞ-ın dəstəyi ilə həyata keçirilən sistematik hücumlarda öldürülənlərin sayı 2 min 430-a, yaralıların sayı isə 17 min 794-ə yüksəlib.
Ümumi can itkisi 64 min 522 nəfərə çatdı
7 oktyabr 2023-dən bu yana İsrailin Qəzzə Zolağına təşkil etdiyi hücumlarda ölənlərin ümumi sayı 64 min 522-yə, yaralıların sayı isə 163 min 96-ya çatıb. Nazirlik həmçinin dağıntılar altında hələ də minlərlə meyitin qaldığını vurğulayıb.
Aclıqdan ölənlərin sayı artır
Son 24 saat ərzində aclıq və qida çatışmazlığı səbəbindən daha 6 nəfərin öldüyü açıqlanıb. Onlardan ikisinin uşaq olduğu bildirilib. Beləliklə, müharibənin başlanmasından bəri aclıqdan ölənlərin ümumi sayı 393-ə yüksəlib. Bu rəqəmin 140-nı uşaqlar təşkil edir.
Qəzzədə humanitar böhran getdikcə dərinləşir və beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, mülki əhali hələ də sistemli şəkildə hədəf alınır.