Sorğu: Avropalılar Trampı “Avropanın Düşməni” Sayır

2 Dəq Oxuma Müddəti

Avropada sorğu: “Tramp Avropanın açıq düşmənidir” deyənlərin sayı artır

Paris mərkəzli Le Grand Continent düşüncə mərkəzinin Cluster 17 araşdırma şirkətinə sifariş verdiyi geniş sorğu Avropada Tramp administrasiyasına qarşı güclü etimadsızlığın olduğunu üzə çıxarıb. Sorğu Fransa, İtaliya, İspaniya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Belçika və Niderlandı əhatə edib.

Nəticələrə görə, iştirakçıların orta hesabla 48 faizi ABŞ Prezidenti Donald Trampı “Avropanın düşməni” kimi qiymətləndirir. Bu göstərici Belçikada 62%, Fransada 57%, Xorvatiyada 37%, Polşada isə 19% təşkil edib.

AB-dən çıxmaq istəmirlər, Britaniyanın ayrılmasını zərərli sayırlar

Sorğuya qatılanların 74 faizi ölkələrinin Avropa İttifaqında qalmasını dəstəkləyib. Eyni zamanda britaniyalıların Brexit qərarının qitəyə ciddi ziyan vurduğu fikri də geniş şəkildə bölüşülüb.

Avropalılar Rusiyayla müharibə riskini yüksək görür

Sorğunun daha bir diqqətçəkən tərəfi Rusiyayla müharibə təhlükəsinə dair qiymətləndirmədir. Nəticələrə görə:

  • 51% – riskin “yüksək” olduğunu düşünür

  • 18% – riskin “çox yüksək” olduğunu bildirir

Bununla yanaşı, avropalıların 69 faizi ölkələrinin belə bir müharibədə özünü müdafiə edə bilməyəcəyinə inanır.

Müdafiə qabiliyyətinə ən çox güvənənlər: Fransızlar

Sorğu göstərib ki, müdafiə sahəsində özünə ən çox güvənən avropalılar fransızlardır. Amma buna baxmayaraq Fransada belə özünə güvən səviyyəsi cəmi 44%-dir.

Tramp–Aİ münasibətləri üçün “uzlaşı və balans” istəyi

Respondentlərin 48 faizi düşünür ki, Avropa İttifaqı Tramp administrasiyası ilə münasibətlərdə “uzlaşı və tarazlıq siyasəti” yürütməlidir. Bu yanaşma Trampın çoxqütblü dünya siyasətinə dair sərt mövqeyinə qarşı ehtiyatlı münasibət kimi dəyərləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş