“Sionist rejim”in Yeni Təhlükəsizlik Doktrinası

2 Dəq Oxuma Müddəti

Strategiya dəyişdi: “Containment”dən “qarşısını alma və həlletmə”yə

“Əl-Əqsa tufanı”ndan sonra “sionist rejimdə”də təhlükəsizlik anlayışının dəyişdiyi bildirilir. Yeni yanaşma təhdidi “ehtiva etmə” strategiyasından imtina edərək, onun qarşısını əvvəlcədən alma və qəti şəkildə zərərsizləşdirmə prinsipinə əsaslanır.

Benjamin Netanyahu hərbi zabitlərin buraxılış mərasimində çıxışı zamanı bildirib ki, “sionist rejim” artıq döyüşləri dövlət sərhədlərindən kənara, “düşmən ərazisinin dərinliklərinə” daşıyır.

Onun sözlərinə görə, əməliyyatlar “misli görünməmiş miqyasda” həyata keçirilir və məqsəd potensial təhlükələri erkən mərhələdə aradan qaldırmaqdır.

Bufer zonalar və daimi hərbi mövcudluq

Yeni konsepsiyanın əsas elementlərindən biri sərhədlər boyunca bufer və silahsızlaşdırılmış zonaların yaradılmasıdır. Netanyahu bildirib ki, “cihadçı qüvvələrin” sərhədlərə yaxın yerləşməsinə icazə verilməyəcək.

O, Livan və Suriyada təhlükəsizlik zonalarında sionist rejim ordusunun qalacağını açıq şəkildə bəyan edib.

Israel Katz isə bildirib ki, yeni siyasət təşəbbüs, həlledicilik və təhdidlərin mənbəyində aradan qaldırılması prinsipinə əsaslanır. Onun sözlərinə görə, Qəzza, İordan çayının qərb sahili, Livan və Suriyada hərbi mövcudluq təhlükəsizlik strategiyasının tərkib hissəsidir.

ABŞ ilə ittifaq və “müstəqil güc quruculuğu”

Netanyahu çıxışında ABŞ ilə strateji ittifaqın davam etdiyini vurğulasa da, qarşıdakı onillikdə hərbi büdcədə ABŞ maliyyə yardımının tamamilə azaldılacağını bildirib.

O qeyd edib ki, “sionist rejim” yardım modelindən tərəfdaşlıq modelinə keçəcək və hərbi-texniki potensialını daha çox daxili imkanlar hesabına gücləndirəcək.

Bu yanaşma silah təchizatında asılılığı azaltmaq və qərarların qəbulunda müstəqilliyi artırmaq məqsədi daşıyır.

Regional nəticələr və mümkün gərginlik

Təqdim olunan yeni təhlükəsizlik konsepsiyası regionda daha genişmiqyaslı qarşıdurma riskini artırır. Sənəddə faktiki olaraq qabaqlayıcı zərbələrə hüquqi-siyasi əsas yaradılır və işğal olunmuş ərazilərdə hərbi mövcudluğun davam etdiriləcəyi bəyan edilir.

ABŞ-nin “sionist rejim”dəki səfiri Mike Huckabee də Vaşinqtonun dəstəyini ifadə edib.

Analitiklərin fikrincə, yeni təhlükəsizlik doktrinası Yaxın Şərqdə qüvvələr balansına və gələcək siyasi proseslərə ciddi təsir göstərə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş