Sionist Rejimin Hücumları Livanda 50 Min Zeytun Ağacını Məhv Edib

3 Dəq Oxuma Müddəti

Zeytunluqlara dönüş iki ildən sonra mümkün oldu

Livanın cənub bölgəsində İsrail ordusunun hücumları nəticəsində iki il əvvəl evlərini və torpaqlarını tərk etməyə məcbur qalan kəndlilər, uzun fasilədən sonra zeytunluqlarına qayıda biliblər. Rəsmilər oktyabrın 18-dən etibarən kəndlilərə üç gün müddətinə torpaqlarına müvəqqəti giriş icazəsi veriblər.

Sərhədyanı kəndlərdə yaşayan fermerlər BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinin (UNIFIL)Livan ordusunun müşayiəti ilə zeytunluqlarına daxil olaraq məhsul yığımına başlayıblar. Lakin onları acı mənzərə qarşılayıb: yandırılmış ağaclar, qazılmış torpaq və dağıdılmış təsərrüfat sahələri.

50 min zeytun ağacı məhv edilib

Livan Kənd Təsərrüfatı naziri Nizar Hani BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı və Milli Elmi Araşdırmalar Şurası ilə birgə hazırlanan hesabatı təqdim edib. Hesabata əsasən, İsrailin hücumları nəticəsində ölkə üzrə 50 min zeytun ağacı məhv edilib.

Nazir bildirib ki, itkiləri bərpa etmək məqsədilə may ayında 50 min yeni ağacın əkilməsi kampaniyasına başlanılıb. “Hazırda 2 min ağac əkilib, qalanlarının əkilməsi gələn aydan etibarən davam edəcək,” – deyə Hani əlavə edib.

“Ağacları yanmış, torpağı isə qazılmış vəziyyətdə tapdıq”

Kefr Şuba kəndindən fermer Məhəmməd əl-Qadri, “İki ildən sonra ilk dəfə torpağıma gəldim. Ağacları yanmış, torpağı isə tamamilə qazılmış vəziyyətdə tapdıq,” – deyə bildirib.

Fermerlər İsrailin hücumları zamanı yolların dağıldığı üçün torpaqlarına çatmaqda böyük çətinlik çəkdiklərini vurğulayıblar.

Arkub Bələdiyyələr Birliyinin rəhbəri Qasım Qadri isə kəndlilərin iki ardıcıl məhsul mövsümünü itirdiyini qeyd edərək, bu ilki zeytun yığımının nisbətən məhsuldar keçəcəyinə ümid etdiyini deyib.

“Sadəcə torpağımızda dinc yaşamaq istəyirik”

Qadri əlavə edib ki, Livanın cənub sakinləri yalnız öz torpaqlarında onurlu və dinc şəkildə yaşamaq istəyirlər:
“Ordunun və UNIFIL-in əsas vəzifəsi təhlükəsizliyi təmin etmək, vətəndaşları qorumaq və dəstəkləməkdir. Zeytun yığımı dövründə onların yanımızda olmasını xahiş etdik.”

Kefr Şubadakı Kənd Təsərrüfatı Kooperativi rəhbəri Visam Yəhya bildirib ki, sərhəd xətti boyunca zeytunluqların çoxu tamamilə qazılıb və istifadəsiz qalıb.

Bısatra kəndindən qadın fermer Ümm Hudur Zehra isə 400 illik zeytun ağacının artıq məhsul vermədiyini söyləyib:
“İllərlə əziyyət çəkdik, amma ruzimiz məhv oldu,” – deyə o, bildirib.

“Zeytun bağlarımız külə çevrildi”

Kefr Şuba kəndinin mühtarı Həsən Əli Zehra iki ildən sonra torpaqlarına qayıtmağın hisslərini “təsvirolunmaz” adlandırıb. Onun sözlərinə görə, bu il məhsuldarlıq kəskin azalıb, çünki iki il ərzində ağaclara qulluq edilməyib.

“Əvvəllər bəzi ailələr 20-25 bidon zeytun yağı əldə edirdilər, indi isə demək olar ki, heç nə yoxdur. Bir çox zeytun bağları bombardman nəticəsində tamamilə yandı,” – deyə Zehra vurğulayıb.

Livanlı fermerlər üçün zeytun ağacı yalnız dolanışıq vasitəsi deyil, həm də torpağa olan sevgi və sədaqətin rəmzidir. Lakin İsrailin davam edən hücumları bu bağlılığı bir daha sınağa çəkir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş