Sionis rejim mediası hadisəni “pis inkişaf” adlandırdı
Sionist rejimin müxtəlif media qurumları çərşənbə axşamı günorta saatlarında Yasir Əbu Şəbbab və bir qrup yaxın əməkdaşının öldürüldüyünü açıqlayıb və bu hadisəni “İsrail üçün mənfi inkişaf” kimi xarakterizə edib. Məlumata görə, Əbu Şəbbabın ölümü bölgədəki təhlükəsizlik balansına təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilir.
Sionist rejimin “Kanal 12” televiziyası bildirib ki, hazırda Həmas üzvlərinin Əbu Şəbbabın nəzarətində olan əraziyə sızaraq qəsdən onun qətlə yetirilib-yetirilmədiyini araşdırırlar. Kanalın məlumatına əsasən, hadisənin məqsədli sui-qəsd olması ehtimalı ciddi şəkildə nəzərdən keçirilir.
Fələstin tərəfi: “İsrail səni qoruyamayacaq”
Hadisə ilə bağlı Fələstin müqavimət hərəkatının Qəzzadakı təhlükəsizlik strukturlarından olan “Radə” qüvvəsi də açıqlama yayıb. Qüvvə Əbu Şəbbabın fotosunu paylaşaraq üzərinə “Sənə demişdik, İsrail səni qoruyamayacaq” sözlərini yazıb. Bu paylaşım, Əbu Şəbbabın İsrail tərəfi ilə əməkdaşlıq etdiyini göstərir
“Sionist rejimin yaratdığı milislərin aqibəti bəllidir”
Sionist rejim ordusunun “Hərbi Radio”su isə yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Qəzzada İsraillə əməkdaşlıq edən milislərin yaradılmasına əvvəldən qarşı olduqlarını bildirib. Rəsmilərin sözlərinə görə, belə qrupların sonunun “qaçılmaz şəkildə ölüm” olduğu və Cənubi Livanda buraxılan səhvlərin yenidən təkrarlana biləcəyi barədə xəbərdarlıq edilmişdi.
ABŞ görüşü və Əbu Şəbbabın keçmişi
Sionist rejimin “Kan” kanalı Əbu Şəbbabın 2023-cü ilin noyabrın 11-də ABŞ prezidentinin keçmiş müşaviri Cared Kuşnerlə işğal olunmuş Fələstinin cənubundakı ABŞ komandanlıq mərkəzində görüşdüyünü də xatırladıb. Görüş zamanı onun dəstəsinin Həmasın nəzarəti xaricində qalan bölgələrdə oynadığı rol müzakirə olunub.
Məlumata görə, Əbu Şəbbab Qəzzada oğurluq və narkotiklə bağlı ittihamlarla həbs olunmuşdu. 2023-cü ildə müharibənin ilk günlərində həbsxananın yaxınlığına edilən hava hücumundan sonra qaçaraq İsrail ilə əməkdaşlıq edən yeganə milis qrupunun rəhbərliyinə yüksəlib.
Sionist ordusuna aid silahların Həmasın əlinə keçməsi
Sionist ordusunun radiostansiyası əlavə edib ki, İsrail həmin milis qrupuna silahlar verib, lakin bu silahların bir hissəsi sonradan Həmas tərəfindən ələ keçirilib. Hətta bəzi silahların — o cümlədən “Kalaşnikov” tipli avtomatların — sektor daxilində Həmasın nəzarətinə keçdiyi, daha sonra isə yenidən milisin istifadəsinə qaytarıldığı bildirilir. Qrupun fəaliyyətinin əsasən Rafih bölgəsində cəmləşdiyi vurğulanır.
