Xəbər mənbələri işğalçı sionistlərin Cənubi Livana qarşı hücumlarını yenidən artırdığını bildirib.
Al Jazeera kanalı sionist rejimin Cənubi Livandakı Vadi Bərgəz bölgəsinə hücum etdiyini açıqlayıb. Cənubi Livanın Əl-Mahmudiyyə bölgəsi də Qüdsü işğal edən qüvvələrin hücumlarının hədəfi olub.
Sionist rejimə məxsus döyüş təyyarələri həmçinin Kəfr Məlki qəsəbəsi ətrafını, Ənsar qəsəbəsini və Cənubi Livandakı Əz-Zərariyyə qəsəbəsi ətrafını bombardman edib.
Sionist rejim ordusu atəşkəs razılaşmasını və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini dəfələrlə pozmasını əsaslandırmaq üçün Cənubi Livandakı Hizbullah hədəflərinə zərbələr endirdiyini iddia edib.
