Sionist Rejim Ordusunun Planı İfşa Oldu

2 Dəq Oxuma Müddəti

İsrail ordusu “Morpheus” Süni İntellekt sistemi ilə sosial şəbəkələri tam nəzarətə götürür

Sionist ordusu əsgərlərin sosial mediada paylaşdığı videoları, fotoları və mesajları izləmək və potensial olaraq müharibə cinayətlərini göstərən sübutların yayılmasının qarşısını almaq üçün “Morpheus” adlı genişmiqyaslı süni intellekt sistemini işə salıb. “Zionism Observer” platforması bildirir ki, layihənin əsas hədəfi ordunun öz əsgərlərinin telefonlarından yayılan görüntüləri önləməkdir.

Sistem bir neçə aydır 45 min hərbçi üzərində sınaqdan keçirilir və bu müddətdə minlərlə paylaşımın məcburi şəkildə silinməsi tələb olunub. Yeni qaydaların yaxın zamanda bütün yüksək rütbəli şəxsi heyətə tətbiq olunacağı gözlənilir.

Sosial mediadan gələn beynəlxalq məhkəmə riski

Məsələ təkcə informasiya təhlükəsizliyi deyil. İsrail ordusu açıq şəkildə anlayır ki, əsgərlərin sosial media paylaşımları ICC və Avropa məhkəmələrində müharibə cinayətləri ilə bağlı birbaşa sübut kimi istifadə olunur. Bu səbəbdən ordunun əsas narahatlığı artıq hərbi sirrlərin deyil, hüquqi məsuliyyətin böyüməsidir.

Bu ay Hind Rajab Fondu (HRF) İsrail əsgəri Noam Tsurielliyə qarşı Çexiya prokurorluğuna şikayət təqdim edib. Sənədlər göstərir ki, Tsuriellinin öz sosial media görüntüləri onun Qəzzada dağıdıcı əməliyyatlarda iştirak etdiyini təsdiqləyir.

HRF 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinə 1000 İsrail hərbçisi barəsində şikayət göndərib. İş 8000-dən çox sübut — videolar, fotolar, ekspertiza və şahid ifadələri ilə dəstəklənib.

Fələstinli qadınlara yönələn həbslər genişlənir

Fələstin Məhbuslara Müdafiə Mərkəzi xəbərdarlıq edib ki, İsrail son həftələrdə “sosial mediada təhrik” bəhanəsi ilə fələstinli qadın və qızların həbsini ciddi şəkildə artırıb. Qəzza müharibəsinin başlanğıcından bəri 600-dən çox qadın saxlanılıb.

Mərkəz bildirir ki, məqsəd sosial mediada İsrail cinayətlərini ifşa edən səsləri susturmaqdır.

Qəzzada davam edən fəlakət

İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzada törətdiyi qırğınlarda təxminən 70 min fələstinli öldürülüb, 171 mindən çox insan yaralanıb. Əsgərlərin öz telefonları vasitəsilə paylaşdığı görüntülər isə beynəlxalq hüquqi proseslərin əsas sübut bazasına çevrilməkdə davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş