Sionist Rejim Ordusu İordan Sərhədində Hərbi Təlimlərə Başlayıb

2 Dəq Oxuma Müddəti

Qərb sahilində və İordan sərhədində gərginlik artır

İsrail ordusu bu gün səhər saatlarından etibarən İordan çayının qərb sahili və İordaniya ilə sərhəd bölgələrində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ordunun yaydığı rəsmi açıqlamaya görə, təlimlər üç gün davam edəcək və müxtəlif növ hərbi bölmələrin iştirakı ilə həyata keçiriləcək.

Açıqlamada bildirilib ki, təlimlər zamanı bölgədə hərbi nəqliyyat vasitələrinin və canlı qüvvənin intensiv hərəkəti müşahidə olunacaq. Ordunun bəyanatına görə, bu fəaliyyətlər İsrail ordusunun “müxtəlif təhlükə ssenarilərinə hazır vəziyyətdə qalması” məqsədi daşıyır.

Təlimlərin əsas məqsədi: məskunlaşmaları qorumaq

Sionist mətbuatı xəbər verir ki, təlimlərdə əsas diqqət Qərb sahilində yerləşən yəhudi məskunlaşmalarının qorunmasına yönəlib. Ssenarilərə görə, bölmələr “müxtəlif hücum və təxribat cəhdlərinə qarşı müdafiə tədbirlərini” sınaqdan keçirəcək.

Məlumatlara əsasən, təlimlər həm quru qoşunları, həm də hərbi texnika arasında koordinasiya bacarıqlarını artırmaq məqsədi daşıyır. Ordunun məlumatında qeyd olunur ki, bölgə əhalisi bu müddətdə çoxsaylı hərbi kolonların hərəkətinə şahid olacaq.

Genişmiqyaslı əməliyyat hazırlığı

Ekspertlər bildirirlər ki, bu təlimlər son aylarda Qərb sahilində artan gərginlik fonunda keçirilir. Hərbi müşahidəçilər hesab edirlər ki, ordunun bu manevrləri həm bölgədəki hərbi hazırılığı yoxlamaq, həm də potensial hücum ssenarilərinə cavab mexanizmlərini sınamaq məqsədi daşıyır.

Qeyd edək ki, İsrail ordusu son aylarda Qərb sahilində çoxsaylı əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar zamanı bir çox fələstinli həlak olub və onlarla insan həbs edilib.

Təlimlər 3 gün davam edəcək

Ordu rəhbərliyi bildirir ki, təlimlər noyabrın 13-dək davam edəcək. Rəsmi açıqlamaya görə, bütün fəaliyyətlər əvvəlcədən planlaşdırılıb və bölgədəki təhlükəsizlik vəziyyətinə birbaşa təsir göstərməyəcək.

Lakin yerli mənbələr hesab edirlər ki, bu təlimlər bölgədəki gərginliyi daha da artıracaq və fələstinlilər arasında narahatlıq doğuracaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş