Sionist Rejim Əl-Hudeyda Limanına 12 Dəfə Hücum Etdi

1 Dəq Oxuma Müddəti

Sionist rejimin Əl-Hudeyda hücumu

Bu gün Sionist rejim Yəmənin qərbində yerləşən strateji Əl-Hudeyda limanına 12 hava zərbəsi endirib. “Əl-Mayadin” telekanalının məlumatına görə, liman ağır dağıntılara məruz qalıb. Qeyd edək ki, Əl-Hudeyda limanı BMT-nin nəzarətindədir və ölkəyə humanitar yardımların əsas giriş məntəqəsi hesab olunur.

Yəmən HHM zərbələrin bir hissəsini dəf etdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, hava hücumundan müdafiə qüvvələri düşmənin təyyarələrini hədəflərinə çatmadan geri çəkilməyə məcbur edib. Onun sözlərinə görə, “hava hücumundan müdafiə sistemləri İsrail aviasiyasını çaşdıraraq, bəzi qruplaşmaların dərinliklərə daxil olmasını tamamilə iflasa uğratdı”.

Yəmənin cavab əməliyyatları

Yəmən tərəfi bəyan edib ki, cavab zərbələri davam edir. Ordunun son əməliyyatları zamanı İsrailin müxtəlif obyektləri, o cümlədən Ben Qurion beynəlxalq hava limanı hədəfə alınıb. Bundan əlavə, Yəmən Qırmızı dənizdə İsrail gəmilərinə qarşı blokada tətbiq edir.

Qəzzəyə dəstək mesajı

Yəmən Silahlı Qüvvələri vurğulayıb ki, mövqeləri dəyişməz olaraq qalır: Qəzzaya dəstək yalnız İsrailin müharibəni dayandırması və mühasirəni aradan qaldırması ilə sona çata bilər.

Beynəlxalq ictimaiyyət isə BMT nəzarətində olan Əl-Hudeyda limanının vurulmasını kəskin pisləyərək, bunun bölgədə humanitar böhranı daha da dərinləşdirəcəyini bildirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş