Sionist Rejim Cənubi Livanda Yaşayış Məhəllələrini Bombaladı

2 Dəq Oxuma Müddəti

İsrailin hava hücumları Cənub Livanda ardıcıl dağıntılar törədib

Cümə axşamı Cənubi Livandan verilən xəbərlərə görə, sionist rejim ordusu bir neçə rayonda yerləşən yaşayış məntəqələrinə hava zərbələri endirib. Zərbələr əvvəldən edilən hədələrdən sonra həyata keçirilib və bununla da İsrail 27 noyabr 2024-cü ildən qüvvədə olan “düşmənçilik əməliyyatlarının dayandırılması” razılaşmasını bir daha pozub.

Məlumata görə sionist rejim təyyarələri Tır vilayətinin Məhrunə qəsəbəsinə və İqlim ət-Tuffah bölgəsindəki Cəbaan kəndinə iki ardıcıl hava hücumu həyata keçirib. Hər iki hücum yaşayış məhəllələrinin içində baş verdiyi üçün ciddi dağıntılar qeydə alınıb.

Çoxmərtəbəli mülki bina tamamilə dağıdıldı

Məlumata görə, Cəbaan kəndinə endirilən zərbə bir neçə mərtəbədən ibarət mülki binanı tamamilə yerlə-yeksan edib. Zərbə dalğası yaxınlıqdakı tibb məntəqəsinə də zərər yetirib və kəndin şərq hissəsində çoxlu evə ciddi ziyan dəyib. Baş verən yanğınlar mülki müdafiə qruplarının müdaxiləsi ilə söndürülüb.

Sionist rejim ordusunun əvvəlcədən etdiyi hədələr

Sionist rejim ordusu hücumlardan əvvəl Məhrunə və Cəbaan kəndlərində bir neçə binanı vuracağını açıqlayan təhdidlər etmişdi. Daha sonra bu təhdidlər Cənub Livanın Məcadil və Bərəşit kəndlərini də əhatə edib.

Bir qədər sonra İsrail aviasiyası Məcadil qəsəbəsini bombalayıb, ardınca Bint Cbeil vilayətinə bağlı Bərəşit qəsəbəsində bir bina hədəfə alınıb.

“Vurulan bina mülki idi” – Məcadil bələdiyyəsi

Məcadil bələdiyyə başçısı bildirib ki, vurulan binanın tamamilə mülki yaşayış evi olduğunu bildirib. O, kənd əhalisinin hücumlara görə hiddətləndiyini və “müqavimətin yanında durmaqdan imtina etməyəcəklərini” qeyd edib.

Naqurə sahilinə səs bombası atılıb

Günün əvvəlində sionist rejimə məxsus PUA Naqurə sahilinə səs bombası atıb. Bu addım da həm atəşkəs razılaşmasının, həm də BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin növbəti pozuntusu kimi qiymətləndirilir.

Atəşkəsin davamlı pozulması beynəlxalq narahatlıq yaradır

İsrailin Cənub Livanda mülki ərazilərə qarşı hücumları bölgədə gərginliyi artırır və beynəlxalq reaksiyalara səbəb olur. Son günlərdə mülki məhəllələrin hədəfə alınması, xüsusilə atəşkəs dövründə bu cür hücumların intensivləşməsi regionda sabitlik üçün ciddi təhlükə yaradır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş