32 Qəzza əsiri cəza müddətləri bitdiyi halda azad edilmir
Fələstinin İşğal Altındakı Ərazilərində Əsirlər Media Ofisi bu gün açıqlayıb ki, sionist rejim 32 Qəzza əsirini cəza müddətləri aylar və hətta illər əvvəl başa çatmasına baxmayaraq həbsdə saxlayır.
Açıqlamada vurğulanır ki, bu məhbusların “qeyri-qanuni döyüşçü” statusuna keçirilməsi onların hər hansı ittiham, məhkəmə və ya hüquqi qərar olmadan müddətsiz olaraq həbsdə saxlanması deməkdir. Ofis bu addımı Cenevrə Konvensiyasının açıq şəkildə pozulması və beynəlxalq hüquqa görə “hərbi cinayət” kimi qiymətləndirib.
Qəzza məhbuslarından xəbər yoxdur
Məlumata görə, Qəzzadan olan əsirlər görüş və vəkil hüquqlarından məhrum ediliblər. Onların saxlanma şəraiti və vəziyyəti barədə heç bir məlumat mövcud deyil. Ofis xəbərdarlıq edir ki, bu vəziyyət “məcburi yoxa çıxma” mərhələsinə doğru irəliləyir: “Yoxluq, təcrid və rəsmi susqunluq əzabı uzadır”.
İsrailin həbsxanalarında vəziyyət ağırlaşır
“İsrail Dövlət Müdafiə Bürosu”nun 4 oktyabr tarixli hesabatına görə, 7 oktyabr 2023 hadisələrindən sonra fələstinli məhbusların vəziyyəti ciddi şəkildə pisləşib. “Wall Street Journal” qəzetinin yaydığı məlumata əsasən, həbsxanalarda həddindən artıq sıxlıq, zorakılıq və məhbuslara qarşı demək olar ki, gündəlik şiddət qeydə alınıb.
