Sionist Rəsmilər Kiberhücumların Hədəfində

2 Dəq Oxuma Müddəti

Kiberhücum dalğası genişlənir

Sionist rejim rəsmiləri və ictimai simalar son aylarda intensiv kiberhücumlarla üzləşir. Türkiyəli hakerlər İsrailin müdafiə naziri İsrail Katsın telefon nömrəsini ələ keçirərək onunla videozəng ediblər. Daha sonra bu görüntülər sosial şəbəkələrdə yayılıb. İsrail mediasının məlumatına görə, hakerlər nazirin şəxsi nömrəsini də ifşa ediblər.

7 oktyabrdan Qəzzədə müharibə başlayandan bəri sionist rəsmilər dəfələrlə kiberhücumların hədəfi olub.

Şin-Betin keçmiş xəbərdarlıqları

Avqust ayında isə İsrailin sabiq ədliyyə naziri Ayelet Şakedin şəxsi telefonuna müdaxilə edilib. İsrail təhlükəsizlik xidməti Şin-Bet hücumun İrandan idarə olunduğunu açıqlayıb. İddialara görə, Şaked zərərli linkə daxil olduqdan sonra hakerlər onun cihazına tam nəzarət əldə ediblər. Məlumata görə, Şin-Betin keçmiş rəhbəri Nadav Arqaman əvvəllər Şakedi İranın kiberhücum planları barədə xəbərdar etmişdi.

İsrail aktyorları da hədəfdə

Digər tərəfdən, “Cərusəlim Post” qəzeti yazır ki, onlarla israilli aktyor da mürəkkəb “fişinq” hücumunun qurbanı olub. Bu hücum zamanı hakerlər bir elektron poçt hesabını ələ keçirərək məşhur bir rejissorun adından saxta dəvət məktubları göndəriblər. Məktubda aktyorlardan sınaq videosu, pasport və şəxsiyyət vəsiqəsi surəti, eləcə də yaşayış ünvanları istənilib.

Onlarla israilli aktyor bu məlumatları göndərdikdən sonra İranla əlaqəli şəxslərdən hədələyici mesajlar alıblar. Bir qadın aktyor açıqlayıb ki, hücum 7 oktyabr hadisələrinə həsr olunan və Arif Folmanın çəkəcəyi film layihəsi adı altında həyata keçirilib.

Məqsəd şəxsi məlumat toplamaqdır

“Cərusəlim Post”un yazdığına görə, bu tip hücumlar son dövrlərdə intensivləşib. Qəzet iddia edir ki, şəxsi məlumatların toplanması gələcəkdə İsrail daxilində baş verə biləcək fiziki hücumların dəstəklənməsinə xidmət edə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş