Soyqırımçı İsrail ordusunun atəşkəsə baxmayaraq dünən Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində şəhid olanların sayı 11-ə yüksəlib.
Atəşkəsə rəğmən sionist İsrailin Qəzzada dünən təşkil etdiyi hücumlarda ölənlərin sayı artaraq 11 nəfərə çatıb.
Sionist İsrail ordusunun Qəzzada həyata keçirdiyi son hücumlarda 4 fələstinli şəhid olub.
Səhiyyə rəsmiləri bildiriblər ki, soyqırımçı İsrail ordusunun Qəzza şəhərinin qərbində, Nabulsi yolayrıcının yaxınlığında yeni yaradılmış polis təhlükəsizlik məntəqəsinə endirdiyi bombalı zərbə nəticəsində bir fələstinli şəhid olub, bir nəfər isə yaralanıb.
Səhiyyə qurumları həmçinin qeyd ediblər ki, qatil İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsində Hatib ailəsinə məxsus evə endirdiyi bombalı hücum nəticəsində Əşrəf əl-Hatib və onun həyat yoldaşı şəhid olub, cənazələri Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Bundan əlavə, səhiyyə mənbələri sionist İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində fələstinli əl-Huli ailəsinə məxsus evi bombalaması nəticəsində daha bir nəfərin şəhid olduğunu açıqlayıb.
Soyqırımçı İsrail ordusunun atəşkəsə baxmayaraq dünən Qəzza zolağında həyata keçirdiyi hücumlarda, o cümlədən bir uşaq olmaqla, 7 fələstinli həyatını itirmiş, çox sayda insan yaralanmışdı.
Səhiyyə mənbələrinin verdiyi məlumata görə, qatil İsrail ordusunun Qəzza zolağının mərkəzində, Deyr əl-Bələh şəhərinin qərbində bir evin həyətini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alması nəticəsində 2 nəfər şəhid olub, 1 nəfər isə ağır yaralanıb.
İşğalçı İsrail döyüş təyyarələrinin yenidən Deyr əl-Bələh şəhərində fələstinli əl-Huli ailəsinə məxsus evi bombalaması nəticəsində biri qız uşağı olmaqla 4 mülki şəxs şəhid olub, çoxlu sayda yaralı Əl-Əqsa Xəstəxanasına çatdırılıb.
Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində isə İsrailin hücumlarla hədəf aldığı əl-Məvasi bölgəsində Həsən Məhəmməd əl-Kadi adlı vətəndaşın cəsədinə rast gəlinib.
