Şeyx Nəim Qasimdən İsrailə Sərt Xəbərdarlıq: “İsrail Xətti Keçdi — Cavabımız Ağır Olacaq!”

3 Dəq Oxuma Müddəti

Hizbullah: “Təbatəbaiyə sui-qəsd açıq təcavüzdür və cavab haqqımızdır”

Hizbullahın baş katibi Şeyx Nəim Qasim şəhid komandir Heysəm Əli Təbatəbai və onun yoldaşlarının İsrail tərəfindən şəhid edilməsini “açıq təcavüz və tam şəkildə planlanmış cinayət” adlandırıb.

O bildirib:

“Bu hücuma cavab vermək bizim haqqımızdır və cavabın vaxtını biz müəyyən edəcəyik.”

Qasim əlavə edib ki, İsrailin hücumu yalnız Hizbullaha deyil, bütün Livana qarşı edilən təcavüzdür.

“Papa Fransiskin Livana səfərini alqışlayırıq”

Şeyx Qasim şəhid komandirlər üçün keçirilən anım mərasimində çıxışı zamanı Roma Papası XIV Leo-nun Livana səfərini müsbət qarşıladığını deyib.

Hizbullah adından Papa üçün xüsusi məktub hazırlanıb və Qasimin sözlərinə görə, bu məktub yaxın günlərdə ictimailəşdiriləcək.

“İsrailin layihəsi ‘Uli əl-Bəs’ döyüşündə sındı”

Qasim keçən il atəşkəs gününü “müqavimətin və xalqın qələbə günü” adlandırıb:

“Biz düşmənin əsas məqsədi olan müqaviməti bitirmək planını puç etdik.”

O, “Uli əl-Bəs” döyüşünün güc deyil, iradə, inam və cəsarət döyüşü olduğunu bildirib və İsrailin layihəsinin həmin döyüşün qapısında sındığını vurğulayıb.

“İsrailin hücumu yalnız Hizbullaha və ya müəyyən bir bölgəyə qarşı yönəlməyib— cavabın birinci məsulu dövlətdir”

Şeyx Qasim İsrailin hücumlarını yalnız cəbhə xətti ilə məhdudlaşmayan, Livanın bütün siyasi və təhlükəsizlik strukturlarına yönəlmiş təcavüz adlandırıb. O deyib:

“İsrailin hava məkanımızı işğal etməsi açıq təcavüzdür. Dövlət bundan məsuliyyət daşıyır.”

Qasim bildirib ki, Livan hökuməti hələlik nə torpağı azad edə bilib, nə də tam müdafiə qurub:

“İndi hökumətin vəzifəsi düşməni torpağımızda sabitlikdən məhrum etməkdir.”

O əlavə edib ki, dövlətin diplomatik yol seçməsi mümkündür, lakin müqavimətin varlığı İsrailə heç vaxt rahatlıq verməyəcək.

“Amerika və İsrailin təzyiqləri boşa çıxıb”

Şeyx Qasim deyib ki, İsrailin bütün təhdidləri siyasi təzyiq formasıdır və müqavimət silahını hədəf alan hər kəs əslində İsrailə xidmət edir.

O vurğulayıb:

“Biz nə Amerikanın, nə də İsrailin quyruğu olmağa razıyıq.”

Qasim bildirib ki, düşmən hələ də müharibə ehtimalını masada saxlayır, lakin “bu xalq nə zaman məğlub olub ki, indi olsun?”

“Ələvilər və digər qüvvələr də İsraili qəbul etmir”

Hizbullah baş katibi əlavə edib ki, Livanın daxilində də İsraili rədd edən çoxlu qüvvə var və proses yalnız müqavimətin mühiti ilə məhdudlaşmır.

Suriya barədə: “Xalq işğala təslim olmaz”

Şeyx Qasim Suriya ərazisindəki Beit Cin əməliyyatını xatırladaraq bunun “Suriya xalqının işğala boyun əyməyəcəyinin göstəricisi” olduğunu bildirib.

Təbatəbai haqqında: “‘Uli əl-Bəs’in komandanı”

Şeyx Qasim şəhid Heysəm Əli Təbatəbai barədə deyib:

“O, ‘Uli əl-Bəs’ əməliyyatının hərbi idarəçisi, yüksək peşəkarlıq və müdriklik sahibi idi.”

O, Təbatəbainin öldürülməsinin məqsədinin müqavimətin ruhunu sındırmaq olduğunu desə də:

“Bu hədəf heç vaxt həyata keçməyəcək — biz eyni yoldayıq.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş