Şeyx Nəim Qasim: Hizbullahın Silahı Livanın Milli Gücünün Tərkib Hissəsidir

3 Dəq Oxuma Müddəti

Şeyx Qasim: Trampın Şarm əl-Şeyxdəki çıxışı sülh təklifi deyil

Hizbullahın baş katibi Şeyx Nəim Qasim “İmam Xameneinin tədqiqatlarında musiqi və nəğmələr” adlı kitabın təqdimat mərasimində çıxış edərək bildirib ki, İsrail nə Livanda, nə də bölgədə qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib və beynəlxalq səviyyədə ona göstərilən dəstəyə baxmayaraq, bu hədəflərə heç vaxt çata da bilməyəcək.

Qasim vurğulayıb ki, Livanın sabitliyi İsrail işğalının dayandırılmasından və ABŞ-ın davam edən müdaxilələrinin qarşısının alınmasından asılıdır. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Livan və bölgə siyasəti “çox təhlükəli və dağıdıcı” xarakter daşıyır, Vaşinqton isə “soyqırımların və kütləvi qətllərin əsas rəhbəridir”.

O, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Tom Barakı Livanı daima təhdid etməkdə və ölkəni “Böyük İsrail” layihəsinin bir parçasına çevirməyə çalışmaqda ittiham edib. Qasim qeyd edib ki, Baş nazir Benyamin Netanyahu tərəfindən irəli sürülən bu layihə ABŞ-ın geosiyasi maraqlarına xidmət edir, lakin “İsrail rejiminin gələcəyi nə qədər zorakılıq törətsə də, təminat altında deyil”.

Şeyx Qasim həmçinin sabiq ABŞ prezidenti Donald Trampın Şarm əl-Şeyxdəki çıxışını “sadəcə siyasi nümayiş” adlandıraraq, bunun heç bir sülh təklifi olmadığını deyib.

“Hizbullahın silahı Livanın müdafiə qalxanıdır”

Şeyx Qasim çıxışında əlavə edib ki, Livan nə İsrailə, nə də ABŞ-a istədiyini verməyəcək:

“Bu xalqın mübarizə iradəsi var, fədakarlıqları böyükdür və bu ruh yaşadığı müddətcə Livanı diz çökdürmək mümkün olmayacaq.”

O, Hizbullahın silahını Livanın milli gücünün ayrılmaz hissəsi adlandıraraq bildirib:

“Kim Hizbullahın silahının ləğvini problemin həlli kimi görürsə, dərin səhv edir. Bu silah Livanı qoruyan qalxandır.”

Qasim: Hökumət milli suverenliyi qorumalıdır

Şeyx Qasim Livan hökumətini milli məsuliyyətini yerinə yetirməyə, suverenliyi qorumağa və yenidənqurma işlərinə nəzarəti təmin etməyə çağırıb. O, Mərkəzi Bankın rəhbəri və Ədliyyə nazirinə işarə edərək bildirib ki, bu şəxslər “Vaşinqton və ya Təl-Əvivin deyil, Livan xalqının maraqlarına xidmət etməlidirlər.”

Qasim həmçinin vurğulayıb ki, Livan vətəndaşları öz ölkələrində azad yaşamalıdırlar:

“Livan xalqı nə ABŞ-ın, nə də İsrailin diktəsi altında yaşamamalıdır. Bu ölkə yalnız Livan hökumətinin idarəsində, xalqın rifahı üçün fəaliyyət göstərməlidir.”

Xatırladaq ki, Livanın ədliyyə naziri Ədalət Nəssar 1355 saylı qərarla notariuslara yeni qaydalar təqdim edib. Qərara əsasən, daşınmaz əmlakla bağlı alqı-satqı və icarə əməliyyatlarında tərəflərin şəxsiyyəti, vəsaitin mənbəyi və beynəlxalq sanksiya siyahıları diqqətlə yoxlanmalıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş