Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvəsi Rusiya, Çin və Hindistanın Qərbin diktə etdiyi dünya nizamına qarşı mübarizədə güclərini birləşdirdiyini ortaya qoyub.
Newsweek dərgisi yazır ki, zirvə zamanı Rusiya, Çin və Hindistan liderləri yeni ittifaqları məmnuniyyətlə qarşılayıb və “şən ünsiyyət” sərgiləyiblər. Məqalədə qeyd olunub ki, “belə bir mənzərəni bir neçə həftə əvvəl təsəvvür etmək belə mümkün deyildi”, indi isə üç liderin ABŞ-ın hökmranlıq etdiyi dünya nizamına qarşı birləşdiyi vurğulanır.
Sputnikin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Şi Cinpin və Hindistan Baş naziri Narendra Modi də daxil olmaqla 20-dən çox ölkə liderinin iştirakı ilə keçirilən ŞƏT zirvəsi dünən Çinin Tyanjin şəhərində baş tutub. Çin Xarici İşlər nazirinin müavini Liu Bin bu tədbirin təşkilat tarixində ən böyük forum olduğunu bildirib.