SEPAH-dan Təcili Xəbərdarlıq: Neft Obyektlərindən Uzaqlaşın

1 Dəq Oxuma Müddəti

SEPAH-dan təcili xəbərdarlıq

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yerləşən bəzi enerji obyektlərinin hədəf ola biləcəyini açıqlayıb.

Bəyanatda qeyd olunur ki, bu obyektlər “birbaşa və legitim hədəflər” kimi müəyyən edilib və yaxın saatlarda zərbələrə məruz qala bilər.

Konkret obyektlər sadalandı

SEPAH tərəfindən yayımlanan məlumatda bir sıra konkret enerji obyektlərinin adı çəkilib. Bunlara Səudiyyə Ərəbistanında yerləşən SAMREF neft emalı zavodu və Əl-Cübeyl neft-kimya kompleksi daxildir.

Eyni zamanda BƏƏ-də yerləşən Əl-Həsn qaz yatağı, Qətərdə isə Məsəid neft-kimya kompleksi, Məsəid Holdinq və Rəs Ləffan emal zavodunun birinci və ikinci mərhələləri də mümkün hədəflər sırasında göstərilib.

Əhaliyə çağırış

“Dərhal əraziləri tərk edin”

SEPAH bəyanatda bu obyektlərin ətrafında yaşayan və çalışan insanlara təcili çağırış edib. Bildirilib ki, vətəndaşlar və işçilər dərhal həmin əraziləri tərk etməli və təhlükəsiz məsafəyə çəkilməlidirlər.

Açıqlamada vurğulanıb ki, gecikmə ciddi təhlükələrə səbəb ola bilər.

Region ölkələrinə mesaj

“Daha əvvəl xəbərdarlıq edilmişdi”

SEPAH bəyanatında region ölkələrinin rəhbərlərinə də mesaj ünvanlayıb. Qeyd olunub ki, bu istiqamətdə daha əvvəl dəfələrlə xəbərdarlıqlar edilib.

İran tərəfi bildirib ki, bəzi ölkələrin bu siyasəti davam etdirməsi onların xalqlarının təhlükəsizliyini risk altına qoyur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş