İranın devrilmiş şahının qaçaq varisi Rza Pəhləvi ABŞ və sionist rejimin təsiri altına düşərək X hesabı üzərindən vədlər verməyə başlayıb.
Qurduğu SAVAK kəşfiyyat təşkilatı vasitəsilə İran xalqına ağlasığmaz işgəncələr və zülmlər edən, ölkənin milli sərvətlərini imperialistlərə peşkəş çəkən Pəhləvi sülaləsinin qaçaq şahzadəsi, ABŞ və sionist İsrail ilə əməkdaşlıq edərək İran xalqının qanına doymadıqlarını, İranı yenidən istismar etmək üçün fürsət axtardıqlarını və bunu daxili qarışıqlıq yaradaraq İslam İnqilabı nizamını devirməklə həyata keçirmək istədiklərini açıq şəkildə ortaya qoymuşdur.
Qaçaq şahzadə Rza Pəhləvi sosial media hesabında paylaşım edərək bir sıra vədlər səsləndirib. Pəhləvi bildirib:
“Azad İran təhlükəsizlik və xarici siyasət sahəsində İranın nüvə hərbi proqramına son verəcək. Terrorçu qruplara göstərilən dəstək dərhal dayandırılacaq. Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və radikal islamçılıqla mübarizədə regional və qlobal tərəfdaşlarla əməkdaşlıq ediləcək.”
O, mövcud rejimin süqutu halında İranın bölgədə dostyana və sabit bir güc kimi hərəkət edəcəyini, qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacağını da qeyd edib.
Sionist İsrail rejiminin kuklası olan Pəhləvi əlavə edib:
“ABŞ ilə diplomatik münasibətlər normallaşdırılacaq, Amerika və onun xalqı ilə dostluq yenidən qurulacaq. İsrail dövləti dərhal tanınacaq. Azad İran İsrail və ərəb dünyasını bir araya gətirən ‘İbrahim Razılaşmaları’nı ‘Kir Razılaşmaları’ ilə genişləndirmək üçün çalışacaq.”
