Şam Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən hərbi bazada baş verən partlayışdan sonra Suriya Mülki Aviasiya Baş İdarəsi açıqlama yayaraq, hadisənin müharibə qalıqlarının zərərsizləşdirilməsi zamanı baş verdiyini və hava limanından 20 kilometrdən artıq məsafədə reallaşdığını bildirib. Qurum, hava limanında uçuşların normal qaydada davam etdiyini vurğulayıb.
Suriya dövlət televiziyası Əl-İxbariyyə də xəbəri təsdiqləyərək, Şam Beynəlxalq Hava Limanı yaxınlığındakı hərbi bazada partlayış olduğunu, bunun müharibə qalıqlarının məhv edilməsi prosesində baş verdiyini qeyd edib.
Suriya Mülki Aviasiya Baş İdarəsinin sosial şəbəkə üzərindən yaydığı açıqlamada deyilir:
“Şam Beynəlxalq Hava Limanı yaxınlığında eşidilən partlayış səsləri müharibə qalıqlarının zərərsizləşdirilməsi səbəbilə baş vermişdir. Sözügedən partlayış hava limanından 20 kilometrdən artıq məsafədə qeydə alınıb. Şam Beynəlxalq Hava Limanının tam təhlükəsiz olduğunu və hava hərəkətinin heç bir fasilə olmadan normal və nizamlı şəkildə davam etdiyini bildiririk.”