Nazirlikdə görüş: səhiyyə əməkdaşlığı gündəmdə
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Sionist rejimin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.
Nazir Teymur Musayev qonağı salamlayaraq bildirib ki, İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübə Azərbaycan üçün xüsusi maraq doğurur. O, səhiyyə sahəsində təcrübə mübadiləsinin və birgə layihələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tibbi texnologiyalar və təhsil sahəsində yeni imkanlar
Görüş zamanı tərəflər tibbi təhsil, xəstəxanaların idarə edilməsi, teletibb, farmaseptika, tibbi texnologiyalar və tibbi turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Nazir qeyd edib ki, bu istiqamətlərdə qarşılıqlı layihələrin icrası, eləcə də Azərbaycan və İsrailin aparıcı tibbi mərkəzləri və elmi-tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması üçün geniş potensial mövcuddur.
Səfirdən iki ölkə münasibətlərinə dair açıqlama
Cinayətkar rejimin səfiri Ronen Krausz öz çıxışında Azərbaycan və İsrail arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, səhiyyə sahəsində əməkdaşlığın bu münasibətlərin mühüm tərkib hissəsi olduğunu bildirib.
Səfir qeyd edib ki, İsrail tərəfi Azərbaycanla səhiyyə sistemində innovativ yanaşmaların tətbiqi, rəqəmsallaşma və kadr potensialının artırılması üzrə birgə fəaliyyətə hazırdır.
Qarşılıqlı maraqlı məsələlər müzakirə olundu
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Hər iki tərəf gələcəkdə konkret layihələr üzərində birgə iş aparmaq və əməkdaşlığı praktiki müstəviyə keçirmək barədə razılığa gəlib.