“Roma” 14 İldən Sonra Evdə Ardıcıl 3-cü Məğlubiyyətini Aldı

2 Dəq Oxuma Müddəti

“Roma”da 14 illik antirekord qeydə alındı

İtaliya təmsilçisi “Roma” üçün Avropa Liqasının 3-cü turu uğursuz nəticə ilə yadda qalıb. Komanda doğma meydanda Çexiyanın “Viktoriya Plzen” klubuna məğlub olaraq son illərin ən zəif seriyasına düşüb.

Bu nəticə ilə “Roma” ardıcıl üçüncü ev oyununda uduzaraq 14 ildən bəri görünməmiş bir uğursuzluğa imza atıb. Qasperininin yetirmələri bundan əvvəl A Seriyasında “İnter”ə (0:1) və Avropa Liqasında “Lill”ə (0:1) məğlub olmuşdular.

2011-dən bəri ilk dəfə

Klub tarixində belə nəticə sonuncu dəfə 2011-ci ildə qeydə alınıb. Həmin vaxtdan bəri “Roma” heç vaxt ardıcıl üç ev matçında məğlub olmamışdı. Yeni məğlubiyyət isə azarkeşlər arasında ciddi narazılıq yaradıb.

Hazırda “Roma” həm A Seriyasında, həm də Avropa Liqasında arzuolunmaz mövsüm keçirir. Qasperini komandasının son 10 matçda 4 məğlubiyyəti var ki, bu da komandanın son illərdəki ən zəif göstəricilərindəndir.

Qasperiniyə təzyiqlər artır

Komandanın baş məşqçisi Can Pyero Qasperini mətbuat qarşısında çıxışında bu uğursuzluğun səbəbini oyundakı balanssızlıqlarla izah edib:

“Biz bəzən çox ehtiyatlı oynayırıq, bəzən isə lazımsız risklərə gedirik. Dəqiqlik və soyuqqanlılıq çatmır. Amma bu komanda ayağa qalxacaq.”

Buna baxmayaraq, “Roma” rəhbərliyinin nəticələrdən narazı olduğu və Qasperininin mövqeyinə yenidən baxa biləcəyi barədə iddialar da mediada yer alıb.

İdman analitikləri bildirirlər ki, “Roma”nın qarşıdakı oyunlarda nəticə əldə etməməsi halında klubun ciddi struktur dəyişikliyinə gedəcəyi istisna olunmur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş