Real Madrid-də Gərginlik: “Özünü Qvardiola Sanır, Amma Hələ də Sadəcə Xavidir”

2 Dəq Oxuma Müddəti

Real Madrid-də daxili narazılıq böyüyür

“Real Madrid”in baş məşqçisi Xabi Alonso, “Barselona” üzərində 2:1 hesablı “El-Klasiko” qələbəsinə baxmayaraq, komanda daxilində artan gərginliklə üzləşib.

The Athletic nəşrinin məlumatına görə, bir sıra aparıcı futbolçular ispan mütəxəssisin sərt davranışından və qapalı xarakterindən narazıdır.

“Heç kimin yerinə təminat yoxdur”

Alonso, Klublararası Dünya Çempionatından qayıtdıqdan sonra komanda daxilində yeni intizam qaydaları tətbiq edib. Bu dəyişikliklərə dəqiqlik, ciddi rejim və kollektiv məsuliyyət prinsipləri daxildir. O, futbolçulara açıq şəkildə bildirib ki,

“Heç kimin start heyətində yeri zəmanətli deyil.”

Bu addımlar rəhbərlik tərəfindən müsbət qarşılanıb, lakin bir sıra təcrübəli oyunçular özlərini kənarda qalmış kimi hiss edir.

Vinisius və Valverde narazıdır

“Barselona” ilə oyunda 20 dəqiqə qalmış əvəzlənən Vinisius Juniorun açıq narazılığı kameralar qarşısında öz əksini tapıb. Braziliyalı futbolçu Alonso ilə münasibətlərinin gərginləşdiyini düşünür və mövsümün sonuna qədər bu vəziyyətin “çətin davam edəcəyini” bildirib.

Digər tərəfdən, Federiko Valverdesüni şəkildə sağ cinah müdafiəçisi kimi oynadılmasından narazılığını gizlətmir. O, bu qərarın öz potensialını məhdudlaşdırdığını düşünür.

“Qvardiola olmaq istəyir, amma hələ uzaqdır”

Football España saytının xəbərinə görə, komanda daxilindəki gərginlik barədə danışan bir mənbə belə deyib:

“O, özünü Qvardiola kimi görmək istəyir, amma hələlik sadəcə Xabidir.”

Bu cümlə komanda daxilindəki atmosferin nə qədər gərgin olduğunu və bir çox oyunçuların Alonsonun ünsiyyət tərzindən narazı qaldığını göstərir.

Alonsonun planı: “Pis vərdişləri dəyişmək”

Gərginliyə baxmayaraq, “El-Klasiko”dakı qələbə Alonsoya bir qədər vaxt qazandırıb. Məşqçi klubun daxilində “pis vərdişləri aradan qaldırmaq”daha nizamlı sistem qurmaq istədiyini bildirib.

Lakin mütəxəssislərin fikrincə, komanda liderlərinin dəstəyi olmadan bu islahatların uğurla nəticələnməsi çətin olacaq. “Real Madrid” kimi ulduzlarla dolu bir klubda idarəçilikdə çeviklik və empati ən az taktika qədər vacib amildir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş