Maliyyə savadlılığı bu gün yalnız böyüklər üçün deyil, uşaqlar üçün də vacib bacarıq sayılır. “Rabitəbank” bu istiqamətdə yeniliyə imza ataraq, 7–17 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş ölkədə ilk mobil maliyyə tətbiqi – “Rabita Junior”u istifadəyə təqdim edib.
Sadəcə mobil tətbiq deyil, “Rabita Junior” uşaqların maliyyə ilə ilk tanışlığını məsuliyyətli və şüurlu şəkildə qurmağa imkan verən innovativ platformadır. Tətbiq həm gələcək nəsillərin planlı fərdlər kimi yetişməsinə dəstək olur, həm də valideynlərə övladlarının maliyyə davranışlarını izləmək və yönləndirmək imkanı verir.
Tətbiq “Kartmane Junior” kartı ilə birlikdə təqdim olunur və uşaqlara büdcə idarəsini öyrənmək, öz maliyyə qərarlarını vermək və müstəqillik hissini inkişaf etdirmək imkanı yaradır.
“Rabita Junior”un əsas üstünlükləri:
-
Valideynlər tərəfindən gündəlik və aylıq xərcləmə limitlərinin müəyyən olunması;
-
Kartın istənilən vaxt bloklanması və əməliyyatlara real vaxt rejimində nəzarət;
-
Uşaqlar üçün keşbek, qənaət toplamaq və tapşırıqları yerinə yetirməklə mükafat qazanmaq imkanı;
-
Əyləncəli obrazlarla oyun formatında maliyyə savadlılığı;
-
EU/AZN/USD valyutalarında istifadə rahatlığı;
-
Statistika bölməsində xərclərin təhlil edilməsi;
-
Ödənişsiz standart kart və “Rabita Mobile” üzərindən bir neçə dəqiqəyə sifariş.
“Rabitəbank” bu layihə ilə göstərir ki, texnologiya yalnız gündəlik rahatlıq üçün deyil, həm də maarifləndirmə və gələcəyin formalaşmasına xidmət edən güclü vasitədir. “Rabita Junior” uşaqların maliyyə baxımından daha savadlı və məsuliyyətli böyüməsinə dəstək olan mühüm addımdır.
Hazırda “Rabitəbank” ASC 18 region və paytaxt üzrə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə müştərilərinə geniş spektrli bank xidmətləri təqdim edir.