Qərbi Şəriədə Gecə Reydləri: İşğalçı İsrail Ordusu Yenidən Həbslərə Başladı

2 Dəq Oxuma Müddəti

Sionist rejim ordusu Qərbi Şəriədə geniş əməliyyat keçirdi

Rejim qüvvələri gecə saatlarında işğal altındakı Qərbi Şəriənin bir sıra bölgələrinə reydlər təşkil edib və çoxsaylı fələstinlini saxlayıb.

Yerli mənbələrin məlumatına görə, Cənin şəhərinin cənubundakı Meysilun qəsəbəsində 3 gənc saxlanılıb. Eyni zamanda yaxınlıqdakı Cəbə qəsəbəsində işğalçı rejim qüvvələri ilə fələstinli gənclər arasında qarşıdurmalar yaşanıb.

Tulkərm və Qalqiliyyədə ev basqınları

Sionist Rejim ordusu Tulkərmdə Şüveykə məhəlləsində yerləşən evlərə basqın edərək Samara Abbas və Məhəmməd Abbası həbs edib.

Qalqiliyyədə bir neçə nəfər saxlanıldı

Qalqiliyyə şəhərində isə əl-Cəidi, ən-Nəzzal, ən-Nəqqar və Kəfr Saba məhəllələrində reydlər keçirilib.

Əməliyyat zamanı:

  • Mahmud Əbu Ləbdə,
  • Mahmud Vəlvil,
  • azadlığa buraxılmış məhbus Məhəmməd Nəzzal,
  • yeniyetmə Yəmən Ziyad Davud saxlanılıb.

İşğalçı israil qüvvələri həmçinin Qalqiliyyənin şərqində yerləşən Azzun qəsəbəsində bir evə basqın edib.

Ramallahda xəstəxanaya basqın

Ramallah şəhərində rejim ordusu Fələstin Tibb Kompleksinə daxil olub.

Şəhərin şimal-şərqində yerləşən əl-Muğəyyir kəndində isə yaşayış evlərinə doğru qaz bombaları atılıb.

Nablusda məskunlaşmaçı hücumları

Digər tərəfdən, Nablusun cənubundakı Beyta qəsəbəsində işğalçı yəhudilərin hücumundan sonra şiddətli qarşıdurmalar baş verib.

Fələstinlilər müqavimət göstərdi

Yerli sakinlərin bildirdiyinə görə, məskunlaşmaçılar evlərə hücum edib və intensiv şəkildə atəş açıblar.

Buna cavab olaraq qəsəbə sakinləri və gənclər:

  • avtomobil şinlərini yandırıb,
  • daşlarla məskunlaşmaçılara qarşı çıxıblar.

Nəticədə məskunlaşmaçılar ərazidən geri çəkilməyə məcbur olub və rejim ordusundan yardım istəyiblər.

Sionist rejim ordusu bölgəyə müdaxilə etdi

Daha sonra rejim qüvvələri Beyta qəsəbəsinə daxil olaraq yaşayış məntəqələrinə işıqlandırıcı və qaz bombaları atıb.

Bölgədə gərginliyin davam etdiyi bildirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş