Quru Müharibəsi Başladılarsa Nə Baş Verər?

4 Dəq Oxuma Müddəti

İrana qarşı ABŞ-İsrail ortaq Epstein bandası tərəfindən başlanan müharibənin 26-cı günündəyik.

Müharibə bütün şiddəti ilə davam etməsinə baxmayaraq İranın düşmənləri heç bir hədəflərinə çata bilməyiblər. İslam Respublikası əvvəlkindən daha güclü şəkildə ayaqdadır.

Müsəlman İran xalqı indiyə qədər heç olmadığı qədər bir-birinə bağlanmış və müharibə cəbhəsinin mühüm bir faktoru olaraq İslam Nizamının, İnqilab Liderinin, hərbi qüvvələrin yanında olduğunu sübut etmək üçün hər gün onlarla şəhid verir, amma meydanları tərk etmir.

Hərbi qüvvələrin düşmən qarşısındakı müqaviməti və əks-hücumları kimsənin gözləmədiyi səviyyədə davam etməkdə və düşmənə yeni sürprizlər yaşatmaktadır. Hörmüz boğazını düşmən ölkələrə bağlayaraq körfəzdən enerji axınını böyük ölçüdə azaltmaqda və beləliklə başda ABŞ olmaq üzrə dünya enerji bazarlarını təzyiq altında tutmaqdadır.

Epstein bandası girdiyi bataqlıqdan qurtulmanın yollarını axtarmaqdadır. İrana qonşu bölgə ölkələri hökumətləri vasitəsilə atəşkəs və razılaşma axtarışında olduğunu artıq gizlətmir.

İran silahlı qüvvələrinin raket və İHA-lardan istifadə edərək Fələstini işğal edən Sionist rejimin hərbi, kəşfiyyat və logistika mərkəzlərinə əlavə olaraq ABŞ-a torpaqlarını və hərbi imkanlarını kullandıran ölkələrdəki bazalara yönəlik hücumları isə uğurla davam etməkdədir.

Gəlinən mərhələdə hədəflərinə çata bilməyən hücumçu ABŞ-İsrail geri addım atmaq məcburiyyətində qalaraq atəşkəs yolları axtararkən Səudiyyə monarxiya Rejimi ilə BƏƏ Şeyxliyi isə son günlərdə Epstein quldur dəstəsini İrana qarşı quru müharibəsi açmağa təşviq edirlər.

Rejimlərinin təhlükəsizliyini və varlığını ABŞ-a borclu olan bu monarxiya ağaları ABŞ-ın İran qarşısındakı məğlubiyyətini heç cür qəbul edə bilmirlər. Çünki ABŞ-ın bölgəni tərk etməsi halında öz xalqlarının etirazları və xəyanətlərindən dolayı İranın cəzalandırması ilə üz-üzə qalacaqlarını indidən görürlər. Bunun üçün də ABŞ və İsraildən daha çox İrana quru hücumu başlatmağa həvəsli görünürlər.

Ancaq ABŞ belə bir quru hücumuna istəkli deyil. Çünki ABŞ 2-ci Dünya Müharibəsindən bu yana Koreya yarımadası, Vyetnam, Əfqanıstan və İraqda girdiyi quru müharibələrinin heç birindən nəticə ala bilməmişkən İrana qarşı belə bir müharibədə on minlərlə əsgərini itirməyi gözə ala bilmir.

ABŞ qatılmadan körfəzdəki bu kukla rejimlər Misir, İordaniya və digər ərəb ölkələri orduları ilə quru qüvvələri toplamının da İran qarşısında bir varlıq göstərə bilməyəcəyi aydındır. Çünki bu ölkələr daha əvvəl Səddam Rejimi tərəfindən 1980-ci ildə başlanan və səkkiz il davam edən müharibəyə birbaşa və dolayı olaraq qatılmış və hamısı birlikdə məğlub olmuşdular. Yoxladıqlarını yenidən təcrübə etmək istəmələri axmaqlıq olar.

Səudiyyə və BƏƏ başqa bir çılğınlığa daha qalxaraq İrana qarşı sünni ölkələr ordularını kiralama dəliyyətinə başvurub məzhəb müharibəsi başlatmaları halında isə qarşılarında İran, İraq və Yəmənin dörd milyonluq bir hərbi quru gücü ilə müharibə etmək məcburiyyətində qalacaqlar.

Cənubdan hərəkətə keçəcək Yəmənin bir milyonluq cəsur ordusu İsrail sərhədinə qədər Ərəbistan torpaqlarını qısa müddətdə fəth edə bilər və Qırmızı dəniz və Babül-Məndəb boğazını nəzarətinə ala bilər. Onsuz da İsrail ilə sərhəd olmağa can atan yəmənli mücahidlər hazır vəziyyətdə gözləyirlər.

Şimalda isə hal-hazırda artıq ABŞ və İsrail ilə məhdud toqquşmalar halında olan Həşdüş-Şəbi ordusuna rəsmi İraq ordusunun da qatılması an məsələsidir.

Hansı tərəfdən baxılırsa baxılsın bir quru müharibəsində hamıdan əvvəl Səudiyyə monarxiyası və Körfəz sahilindəki digər şeyxlik və əmirliklərin köksüz varlığı sona çatacaqdır.

Davam edən müharibə hansı şərtlərdə sona çatarsa çatsın bölgə 28 fevral 2026 öncəsi balanslara əsla geri dönməyəcəkdir. Düşmənə kömək edənlər, düşməni İrana hücuma təşviq edənlər, hərbi varlıqlarını və silahlarını düşmənin əmrinə verən xainlər gec-tez cəzalarını tapacaqlar. Bu ölkələrin xalqları bu təhqir, alçaqlıq və zillətə daha çox dözməyəcəkdir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş