Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru İranla yeni bir razılaşmaya nail olmaq üçün səylər göstərildiyini açıqlayıb.
BAEA direktoru Rafael Qrossi şənbə günü verdiyi açıqlamada İranın nüvə obyektlərində nəzarət və yoxlamaların yenidən bərpası istiqamətində iş aparıldığını bildirib. Qrossinin sözlərinə görə, ABŞ və sionist rejimin İranın nüvə obyektlərinə endirdiyi hücumlardan sonra beynəlxalq nəzarət mexanizmi qismən pozulub. Müfəttişlər bəzi yoxlamaları yenidən başlatsalar da, hücuma məruz qalan obyektlərə giriş hələ də məhdud olaraq qalır.
İspaniya televiziyasına verdiyi müsahibədə Qrossi qeyd edib ki, İranın nüvə proqramı ətrafındakı gərginliyin azaldılması və vəziyyətin daha da kəskinləşməsinin qarşısının alınması üçün tam nəzarətin bərpası həyati əhəmiyyət daşıyır. O, İranda yüzdə 60 səviyyəsində zənginləşdirilmiş xeyli miqdarda uranın mövcud olduğuna diqqət çəkərək, bunun nüvə silahı istehsalı üçün tələb olunan səviyyəyə yaxın olduğunu iddia edib.
Agentliyin direktoru əlavə edib:
“Yeni bir razılaşmanın yolunu açmağa çalışırıq və bu məqsədlə İran hökuməti, xarici işlər naziri (Arakçi) və ABŞ daxil olmaqla digər əsas tərəflərlə daimi məsləhətləşmələr aparırıq.”
