Qlobal “Sumud” Donanması: Dayanmayacağıq, Onlarla Gəmi Yoldadır

1 Dəq Oxuma Müddəti

“Sumud” Donanması: Məqsədimiz Qəzzaya çatmaqdır

Qlobal “Sumud” Donanması rəsmiləri beynəlxalq mətbuata açıqlamalarında, İsrailin təhdidlərinə baxmayaraq fəaliyyətlərini dayandırmayacaqlarını bəyan ediblər. Onların sözlərinə görə, bazar günü İtaliyanın cənubundakı Katania limanından 18 gəmi, eləcə də Tunis və Yunanıstandan yola çıxan gəmilər beynəlxalq sularda donanmaya qoşulacaq.

Donanma nümayəndələri bir neçə gün öncə baş verən hücuma da toxunublar. Məlumata görə, “Səmud”un ikinci ən böyük gəmisi olan “Əlma” çərşənbə günü səhər saatlarında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Tunis paytaxtı yaxınlığındakı Sidi Busaid limanında baş verən hücum nəticəsində gəmidə yanğın çıxdığı, lakin orada olan 9 iştirakçının xəsarət almadığı bildirilib.

Hazırda donanmada təxminən 20 gəmi var. Onlar İspaniyadan Tunisə doğru hərəkət edib və müxtəlif ölkələrdən gələn fəallarla birlikdə Sidi Busaid limanında toplaşıblar. Məqsəd, Qəzzaya humanitar yardımı çatdırmaq və bölgəyə tətbiq olunan mühasirəni yarmaqdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş