2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3.600 ABŞ dolları səviyyəsinə yüksələrək bütün zamanların rekordunu yeniləyib.
“Report” xəbər verir ki, bu barədə məlumatı Nyu-York Əmtəə Birjası (COMEX) açıqlayıb.
Bakı vaxtı ilə saat 23:20-yə olan göstəriciyə əsasən, qiymətli metalın dəyəri unsiya üzrə 3.600,30 dollar olub ki, bu da gündəlik 0,99% artım deməkdir. Lakin 23:27-də qeydə alınan son göstəriciyə görə qiymət bir qədər enərək 3.598 dollar təşkil edib (+0,93%).