Laji: “İndi geri dönüş vaxtıdır”
Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Bruno Laji Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun barədə danışıb. Mütəxəssis Ağdam təmsilçisi ilə matçın onlar üçün həlledici olduğunu vurğulayıb.
Baş məşqçi azarkeşlərə müraciət edərək bunları deyib:
“İndi geri qayıtmaq vaxtıdır. Çərşənbə axşamı evdə qalib gəlməli olduğumuz oyunumuz var. Azarkeşlərimizdən xahiş edirəm, bizi tək buraxmasınlar. Çempionlar Liqasına uğurlu başlamaq üçün dəstəyə ehtiyacımız var”.
“Çempionlar Liqasında qalibiyyət şərtdir”
Bruno Laji bildirib ki, qrup mərhələsində yaxşı çıxış etmək üçün ilk oyunda qalibiyyət qazanmaq mütləqdir:
“Bizim üçün bu turnir çox önəmlidir. Mövsümə düzgün başlamaq istəyirik və buna görə də çərşənbə axşamı qalib gəlməliyik”.
Matçın detalları
“Benfika” – “Qarabağ” qarşılaşması sentyabrın 16-da Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Portuqaliya çempionatının son turunda “Benfika” səfərdə “Santa Klara” ilə 1:1 hesablı heç-heçə edib. Komandanın baş məşqçisi isə bu nəticədən sonra komandanın toparlanacağına ümid etdiyini bildirib.