“Qarabağ” – “Ayaks” matçı
Bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ” Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın “Ayaks” klubunu qəbul edir. Qurban Qurbanovun komandası vacib görüşdə hazırda 2:1 hesabı ilə öndədir.
Turnir cədvəlində “Qarabağ” bu oyuna 7 xalla 19-cu pillədə, xalı olmayan “Ayaks” isə sonuncu – 36-cı sırada daxil olub. Niderland nəhəngi bu mövsüm uğursuz çıxış etsə də, Çempionlar Liqasının dördqat qalibi kimi tarixi nailiyyətlərə malikdir. “Ayaks” həmçinin bir dəfə Avropa Liqasının, iki dəfə isə UEFA Superkubokunun qalibi olub.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Hollandiya) – 2:3 (İkinci hissə)
Matçın qolları
Oyunda hesabı 10-cu dəqiqədə Kamilo Duran açıb – 1:0.
39-cu dəqiqədə Kasper Dolberq tarazlığı bərpa edib – 1:1.
İkinci hissənin ilk dəqiqələrində Mateus Silva “Qarabağ”ı yenidən irəli çıxarıb – 2:1.
Oyunun 69-cu Dəqiqəsində Ayaksın Oyunçusu Oscar Gloukh 2-ci Topu Qarabağın qapısından keçirir
Oyunun 82-ci Dəqiqəsində Ayaksın Oyunçusu Anton Gaaei 3-cü Topu Qarabağın Qapısına vurur
Oyunun 90+1-ci Dəqiqəsində Ayaksın Oyunçusu Oscar Gloukh özünün ikinci komandasının 4-cü qolunu Qarabağın Qapısına vurur
Oyunun digər dəqiqələrində qol vuralmayıb və təmsilçimiz stadiondan məğlub ayrılıb.
“Qarabağ”ın Liqa mərhələsində nəticələri
Ağdam təmsilçisinin bu mərhələdəki əvvəlki oyunları belədir:
-
1-ci tur: “Benfika” – 3:2
-
2-ci tur: “Kopenhagen” – 2:0
-
3-cü tur: “Atletik” – 1:3
-
4-cü tur: “Çelsi” – 2:2
-
5-ci tur: “Napoli” – 0:2
Çempionlar Liqasının yeni formatına əsasən, ilk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanır. 9–24-cü yerlər pley-off mərhələsinə çıxır, 25–36-cı sıralarda qərarlaşanlar isə avrokubok mübarizəsini başa vurur.
Hakimlər briqadası
Matçı Sloveniya hakimləri idarə edir:
Baş hakim – Rade Obrenoviç
Köməkçilər – Yuri Praprotnik, Qreqa Kordez
Dördüncü hakim – Mateo Tozan
VAR: Matej Juq
AVAR: Alen Borosak
