Qəzzaya 137 Yardım Maşını Daxil Oldu

2 Dəq Oxuma Müddəti

Qəzzaya ərzaq yardımı artırılır

BMT-nin Dünya Qida Proqramı (WFP) bu gün verdiyi açıqlamada bildirib ki, Qəzzaya 137 yardım maşını daxil olub. Bu yardımlar əsasən çörəxanaların fəaliyyətini bərpa etmək və aclıqla mübarizə aparan əhaliyə ərzaq təmin etmək məqsədi daşıyır.

Proqramın məlumatına görə, 170 mindən çox ton ərzaq hazır vəziyyətdə Qəzzaya göndərilməyi gözləyir. Bu miqdar təxminən iki milyon insanın qida ehtiyacını ödəməyə kifayət edəcək.

Qəzzada yardım axını məhduddur

Qəzzadakı Hökumət Media Ofisi isə bazar günü atəşkəsin elan olunmasından sonra 173 yardım maşınının daxil olduğunu təsdiqləyib. Lakin qurum bu yardımları “çox məhdud” adlandıraraq, tələbatın bundan qat-qat çox olduğunu bildirib.

Ofisin məlumatına əsasən, yardım karvanında 3 qaz maşını6 dizel yanacağı daşıyan yük avtomobili olub. Bu yanacaq çörəxanalar, generatorlar və xəstəxanaların işləməsi üçün nəzərdə tutulub.

İsrailin blokadası yardımın qarşısını alır

Son iki il ərzində İsrailin həyata keçirdiyi mühasirə və hücumlar nəticəsində Qəzzaya qaz və yanacaq tədarükü demək olar ki, tamamilə dayandırılıb. Bu isə həm çörəxanaların, həm də xəstəxanaların fəaliyyətini ciddi şəkildə iflic edib.

BMT-nin Qida Proqramı beynəlxalq ictimaiyyəti Qəzzaya yardım axınının davamlı və təhlükəsiz şəkildə təmin olunmasına çağırıb. Qurum bildirib ki, aclıq və ərzaq çatışmazlığı böhran həddinə çatıb və dərhal müdaxilə zəruridir.

İki milyon insan aclıq riski ilə üz-üzə

Hazırda Qəzzada təxminən iki milyon insan kəskin ərzaq çatışmazlığı şəraitində yaşayır. Əksər ailələr gündəlik çörək tapmaqda çətinlik çəkir, minlərlə uşaq qidalanma çatışmazlığı səbəbindən xəstəlik riski altındadır.

WFP-nin məlumatına görə, hazırda mövcud ərzaq ehtiyatları bir neçə gün ərzində tükənə bilər və humanitar koridorların açıq qalması həyati əhəmiyyət daşıyır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş