Qəzzada Yeni Qətliam: Bir Gündə 24 Fələstinli Şəhid Oldu

2 Dəq Oxuma Müddəti

Qəzzada İsrail hücumları nəticəsində 24 şəhid

İsrail ordusu bu gün səhərdən Qəzza zolağına qarşı hücumlarını daha da şiddətləndirib. Son saatlarda həyata keçirilən hava zərbələri nəticəsində 24 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

Qəzza şəhərində artan hücumlar

Məlumata görə, Qəzza şəhərinin müxtəlif məhəllələri intensiv bombardmana məruz qalıb. İsrail təyyarələrinin Şimaldakı Nəfaq küçəsində, Cərcəvi yanacaqdoldurma məntəqəsi yaxınlığında həyata keçirdiyi hücumda 3 fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb.

Eyni zamanda, Təffah məhəlləsində Müşəhərə məscidi yaxınlığına edilən hava zərbəsi nəticəsində daha 3 nəfər həlak olub.

Qəzza şəhərinin qərbində yerləşən Şati düşərgəsindəRimal məhəlləsində də mülki yaşayış binaları hədəfə alınıb. Burada da bir neçə nəfərin şəhid olduğu və yaralananların olduğu bildirilib.

Mərkəz və cənub bölgələrində də hücumlar

Qəzza zolağının mərkəzində – Deyr əl-Bəlah şəhərində yerləşən Salah Xeyriyyə məktəbi yaxınlığında və “Netsarim” oxu adlanan bölgədə edilən hücumlarda 10 fələstinli, o cümlədən 2 uşaq həyatını itirib.

Cənubda, Rəfah şəhərinin şimalında yerləşən “Əl-Şakuş yardım mərkəzi” yaxınlığında bir fələstinli şəhid olub, 5 nəfər yaralanıb.

Qəzzada humanitar böhran

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, Qəzzada xəstəxanaların qan bankı xidmətləri iflic olmaq ərəfəsindədir. Lazımi tibbi ləvazimat və qan komponentlərinin çatışmazlığı, yaralıların müalicəsini daha da çətinləşdirir.

Səhiyyə Nazirliyinin son açıqlamasına görə, 7 oktyabr 2023-dən bəri İsrail hücumları nəticəsində 65 min 502 fələstinli şəhid olub, 167 min 376 nəfər isə yaralanıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş