Qəzzada 77 Şəhid, Yüzlərlə Yaralı – Sionist Rejimin Hücumları Dayanmır

2 Dəq Oxuma Müddəti

Qəzzada şəhidlərin sayı 66 min 225-ə çatdı

Qəzza Zolağında cinayətkar rejim ordusunun hücumları daha bir kütləvi qətliama səbəb olub. Yerli mənbələr bildirir ki, yalnız son 24 saat ərzində 77 fələstinli şəhid olub, 222 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, 7 oktyabr 2023-dən bu günə qədər Qəzzada ümumi şəhid sayı 66,225 nəfərə, yaralıların sayı isə 168,938 nəfərə yüksəlib.

Xan Yunisdə qida məntəqəsinə hücum

Məlumata əsasən, Xan Yunisin şimalındakı Qarara bölgəsində yerləşən qida paylama məntəqəsinə hava zərbəsi endirilib. Hücum nəticəsində əksəriyyəti bir ailənin üzvləri olmaqla 10 nəfər həyatını itirib.

Müxbirlər bildirirlər ki, yalnız bu günün səhərindən bəri Qəzzada 35 nəfər şəhid olub.

Humanitar böhran dərinləşir

Səhiyyə Nazirliyi qeyd edib ki, təcili tibbi yardım və müdafiə qüvvələri hələ də dağıntılar altında qalan çox sayda şəhid və yaralıya çata bilmir. Davam edən bombardman yolları bağlayır, mülki əhalinin xilas olunmasını mümkünsüz edir.

Xüsusilə son günlərdə qida, su və dərman çatışmazlığı böhranı dərinləşdirib. Nazirlik vurğulayıb ki, mülki əhali “tam humanitar fəlakət” vəziyyətindədir.

Son rəqəmlər

  • 7 oktyabr 2023-dən bu günədək: 66,225 şəhid, 168,938 yaralı

  • 18 mart 2025-dən bu günədək: 13,357 şəhid, 56,897 yaralı

  • “Şəhidlər-i ruzi” (çörəkpulu ardınca həyatını itirənlər): 2,582 şəhid, 18,974 yaralı

Bu statistika İsrail hücumlarının fələstinlilər üçün misilsiz dağıntılar və böyük insan itkiləri yaratdığını bir daha ortaya qoyur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş