Qəzzada İnsanlıq Ölür; 10 Uşaq Soyuqdan Həyatını İtirdi

1 Dəq Oxuma Müddəti

Qəzza zolağındakı Səhiyyə Nazirliyi qış mövsümünün başlanmasından bu yana sionist İsrailin yanacaq və humanitar yardımın bölgəyə girişini əngəllədiyi ərazidə 10 uşağın soyuq səbəbindən həyatını itirdiyini açıqlayıb.

Nazirlik tərəfindən yayımlanan yazılı bəyanatda mövzu ilə bağlı məlumat verilib. Açıqlamada, “3 aylıq Əli Əbu Zur həddindən artıq soyuq səbəbindən Əl-Əqsa Şəhidlər Xəstəxanasında həyatını itirdi” ifadəsi yer alıb.

Qış mövsümündən bu yana Qəzzada soyuq havadan qoruna bilmədiyi üçün həyatını itirən uşaqların sayının 10-a yüksəldiyi bildirilib.

Soyqırımçı İsrailin atəşkəsə baxmayaraq yardım girişini məhdudlaşdırdığı Qəzza zolağında yüz minlərlə insan primitiv çadırlarda yaşamaq məcburiyyətində qalır.

Bölgədə təsirli olan güclü yağış və fırtına çadırları yararsız hala salarkən, xüsusilə kiçik bədənlər soyuğa davam gətirə bilmir.

Qəzzada insanlıq donur: 10 uşaq soyuqdan həyatını itirdi.

Atəşkəs razılaşması 10 oktyabr tarixində qüvvəyə minmiş olsa da, Qəzzadakı humanitar vəziyyətdə nəzərəçarpacaq bir yaxşılaşma baş verməyib.

Sionist İsrailin razılaşmada yer alan öhdəliklərini yerinə yetirməməsi, ərzaq, dərman, tibbi ləvazimat, yanacaq və sığınacaq avadanlıqlarının bölgəyə girişini məhdudlaşdırması böhranın davamlı hala gəlməsinə səbəb olur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş