Qəzzada Fəlakət Dərinləşir: Şəhid, Yanacaq Böhranı və Su Altında Qalan Çadırlar

2 Dəq Oxuma Müddəti

Qəzzada xəstəxanalar dayanmaq təhlükəsi ilə üz-üzədir

Qəzza Zolağının Səhiyyə Nazirliyi bazar ertəsi açıqlama yayıb. Bildirilib ki, İsrailin məqsədli şəkildə yanacağın daxil olmasına mane olması xəstəxanalarda cərrahiyyə əməliyyatlarını, uşaq və xəstə aparatlarının işlədilməsini dayandırmaq həddinə çatdırıb.

Nazirlik xəbərdarlıq edib ki, davam edən yanacaq qıtlığı tibbi müəssisələri tamamilə xidmətdən çıxara bilər. Eyni zamanda, bölgədə yağan yağışlar səbəbilə çoxsaylı çadırların su altında qalması humanitar böhranı daha da ağırlaşdırır.

İsrail “koad-kopter”i fələstinlini şəhid edib

Məlumata görə, İsrailə məxsus “Quadcopter” tipli pilotsuz uçuş aparatı Qəzzanın cənub-şərqində, Zeytun məhəlləsinin şərq hissəsində bir fələstinlini hədəf alaraq şəhid edib. Bu, işğal qüvvələrinin yaşayış məhəllələrində həyata keçirdiyi hədəfli hücumların davamı kimi qiymətləndirilir.

Rəfəh və Xan Yunis yenidən hədəfdə

Eyni vaxtda İsrail artilleriyası Qəzza Zolağının cənubundakı Rəfah şəhərinin şərqini vurub. Hava qüvvələri isə Xan Yunisin şərq bölgələrinə ardıcıl üç hava hücumu həyata keçirib. Bu hücumlar şəhərin şərq məhəllələrində geniş dağıntılara səbəb olub.

İsrail qırıcıları Rəfahın şərqində də bombardmanı davam etdirərək sivil infrastrukturun ağır zərər görməsinə səbəb olub.

Mərkəzi bölgələr də atəş altında

Qəzzanın mərkəzində yerləşən Məğazi düşərgəsinin şərq hissəsi də artilleriya atəşi ilə hədəfə alınıb. Ardıcıl bombardmanlar Zolağın müxtəlif bölgələrində təhlükəsizliyin tamamilə çökməsinə yol açır.

Bu hücumlar, Qəzza üzrə qüvvədə olan atəşkəs razılaşmasının İsrail tərəfindən təkrar-təkrar pozulduğunu göstərən növbəti eskalasiya kimi dəyərləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş