Qəzza: “Əl-Qəssam” Sionist Rejim Ordusuna Qarşı Gizli Əməliyyatın Videosunu Yayımladı

2 Dəq Oxuma Müddəti

“Əl-Qəssam” İsrail ordusuna qarşı gizli əməliyyatın görüntülərini yayımladı

Şəhid İzzəddin Əl-Qəssam briqadaları – Fələstin HƏMAS Hərəkatının hərbi qanadı – bu gün “Telegram” kanalında “Bu, əsl mənzərədir” adlı video yayımlayıb. Kadrlarda Qəzzada İsrailin pilotsuz uçuş aparatlarının müşahidəsi altında həyata keçirilmiş hiyləgər əməliyyatın detallarını əks etdirən görüntülər yer alıb.

Videoda qeyd olunur ki, İsrail ordusu dron vasitəsilə öz əsgərlərinin cəsədlərinin çıxarılmasını izləyib, həmin yerləri “hədəf bankı”na daxil edib və atəşkəs elan olunduqdan sonra həmin nöqtələri bombalayıb.

“Əl-Qəssam”: düşmən aldadıldı

Bəyanatda bildirilib ki, müqavimət qüvvələri əməliyyat zamanı İsrail kəşfiyyatını çaşdırmaq üçün müxtəlif təhlükəsizlik və taktiki hiylələrdən istifadə ediblər. “Əl-Qəssam” briqadaları vurğulayıb ki, İsrail mediasında yayımlanan bəzi görüntülər guya əsirlərin cəsədlərinin çıxarılmasına aid olsa da, əslində bu, müqavimət qüvvələrinin həyata keçirdiyi bir aldatma əməliyyatı olub.

Təşkilat qeyd edib ki, İsrail tərəfi bu görüntüləri müqaviməti ləkələmək məqsədilə manipulyasiya edib:

“Düşmən, müqavimətin apardığı əməliyyatı saxtalaşdıraraq öz ictimaiyyətini aldatmaq istəyir,” – deyə “Əl-Qəssam” bəyan edib.

“Əxlaqımızı nasistlər anlaya bilməz”

Briqadaların bəyanatında həmçinin bildirilib:

“Müqavimətimizin yüksək əxlaqi prinsipləri və əsirlərə, eləcə də düşmən meyitlərinə qarşı insanpərvər davranışımız nasist zehniyyətli və qan içən düşmənlər tərəfindən başa düşülə bilməz.”

İsrail əsirləri ilə bağlı əməliyyatlar

Xatırladaq ki, “Əl-Qəssam” briqadaları Qəzzada atəşkəsin 11 oktyabrda qüvvəyə minməsindən sonra İsrail ordusuna məxsus təxminən 20 əsirin cəsədini təhvil verib. Bu şəxslər “Əqsanın tufanı” əməliyyatı zamanı əsir götürülmüş və daha sonra “Azadlıq tufanı” razılaşması çərçivəsində qalıqları İsrail tərəfinə təqdim olunmuşdu.

“Əl-Qəssam” briqadalarının bu addımı həm Qəzzadakı əməliyyatların gedişinə, həm də İsrailin bölgədəki hərbi planlaşdırmasına təsir göstərən mühüm psixoloji mesaj kimi dəyərləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş