Qlobal miqyasda etirazlara münasibətdə siyasi ritorika və müdaxilə formaları uzun müddətdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə Qərb ölkələrinin müxtəlif coğrafiyalarda baş verən ictimai hərəkatlara qarşı sərgilədiyi mövqelər “ikili standart” tənqidlərini yenidən gündəmə gətirir. İctimaiyyətdə artan bu müzakirələr, etirazların harada və kimə qarşı yönəldiyinə görə dəyişən yanaşma tərzlərini daha aydın şəkildə ortaya qoyur.
Qərbin ikili standartı məhz burada üzə çıxır;
İranda bir etiraz başladıqda buna “xalq hərəkatı”, “dinc aksiya” adı verilir və dərhal dəstək mesajları yayımlanır, guya xalqın hüquqlarını müdafiə edirmiş kimi görüntü yaradılır. Amma eyni etiraz ABŞ-ın öz daxilində baş verdikdə birdən mənzərə dəyişir; etirazçı “vandala”, “daxili təhlükəsizlik təhdidinə” çevrilir və bunun cavabı sərt şəkildə yatırma, həbslər və hətta ordunun işə cəlb olunması təhdidi olur.
İran üçün dəstək və təşviq resepti yazırlar,
öz xalqları üçün isə dəyənək, həbsxana və qorxutma resepti tətbiq edirlər.
Etiraz ABŞ sərhədlərindən kənarda baş verəndə müqəddəs sayılır;
amma öz sistemlərinə yaxınlaşanda cinayətə çevrilir.
Bax budur, illərdir dünya ictimaiyyətini bununla aldatdıqları ikili standart;
iki fərqli ritorika, iki fərqli davranış, amma tək bir maraq: öz maraqları.

