Polşa XİN Rəhbəri: “Yenidən Rusiya Müstəmləkəsi Olmaqdansa, Ot Yeyərik”

2 Dəq Oxuma Müddəti

Sikorski: Ukrayna məğlub olsa, növbədə Polşadır

Polşanın Baş nazir müavini və xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Ukrayna müharibəni uduzarsa, Rusiyanın növbəti hədəfi Polşa olacaq. Nazir bu fikirləri Böyük Britaniyada yayımlanan “The Rest is Politics” adlı podkast proqramında səsləndirib.

Sikorski açıq şəkildə bildirib:

“Əgər Vladimir Putin Ukraynanı işğal etməyi bacararsa, növbəti addım biz olacağıq. Yenidən Rusiya müstəmləkəsi olmaqdansa, ot yeyərik.”

Tarixi təcrübədən doğan qorxu

Nazir Polşa ictimaiyyətində “Rusiya ekspansiyası” ilə bağlı narahatlığın artdığını və bunun ölkənin yüksək müdafiə xərclərinin əsas səbəbi olduğunu deyib. Onun sözlərinə görə, Varşava təhlükəsizlik sahəsindəki yatırımları artırmaq üçün digər sahələrdəki fondlardan imtina etmək məcburiyyətində qalıb.

Sikorski Polşanın tarix boyu həm Çarlıq Rusiyası, həm də Sovet İttifaqı dövründə rus hakimiyyəti altında yaşadığını xatırladaraq, “bu vəziyyətin bir daha təkrarlanmasına yol verilməyəcəyini” vurğulayıb.

“Rusiya üç il dözə bilməz”

Polşa XİN rəhbəri qeyd edib ki, Ukrayna ən azı üç il davam edə biləcək müharibəyə hazırlaşır, lakin onun fikrincə, Rusiya bu qədər uzunmüddətli münaqişəyə tab gətirə bilməyəcək.

Sikorski həmçinin Avropa İttifaqı ölkələrinə müdafiə sahəsində daha sıx əməkdaşlıq çağırışı edib. O, “AB hər üzv ölkədə ayrıca suverenlik prinsipinə görə müdafiə məsələlərində sinxronlaşma problemi yaşayır” deyib.

“Avropa ABŞ-dan asılı olmamalıdır”

Sikorski bəyan edib ki, Avropa İttifaqının özünəməxsus müdafiə qabiliyyəti olmalıdır:

“Beləliklə, hər böhran zamanı ABŞ-ı yardıma çağırmaq məcburiyyətində qalmayaq.”

Ukraynanın Aİ üzvlüyü perspektivi

Nazir Ukraynanın Aİ-yə üzvlüyü məsələsinə də toxunaraq, Macarıstanın etirazlarına baxmayaraq, Ukraynanın “önümüzdəki onilliyin əvvəlində Aİ üzvü olacağına inandığını” bildirib.

Sikorskinin bəyanatı Polşada geniş rezonans doğurub və bir çox analitiklər onun sözlərini həm Moskva, həm də Brüsselə ünvanlanmış siyasi xəbərdarlıq kimi qiymətləndiriblər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş