İran Prezidenti Məsud Pezeşkian, İslam İnqilabının Rəhbəri İmam Xameneiyə yönələn mümkün bir hücumun İran xalqına qarşı topyekun müharibə mənasına gələcəyini bildirib.
ABŞ Prezidenti Donald Trampın İslam İnqilabının Rəhbəri İmam Xameneini hədəf alan açıqlamalarından sonra İran Prezidenti Məsud Pezeşkian sosial media hesabı vasitəsilə cavab verib.
Pezeşkian deyib: “Əziz İran xalqının həyatında hər hansı bir çətinlik və sıxıntı varsa, bunun əsas səbəblərindən biri ABŞ administrasiyası və onun müttəfiqlərinin uzun illərdir davam edən düşmənçiliyi və qeyri-insani sanksiyalarıdır. Ölkəmizin ali rəhbərliyinə qarşı ediləcək bir hücum, İran milləti ilə topyekun müharibə deməkdir.”
