Pekin: Kubada Qalmış Çin Vətəndaşı Yoxdur, Xarici Müdaxiləyə Qarşıyıq

1 Dəq Oxuma Müddəti

Çin XİN-dən Kubaya dair açıqlama

Çin Xarici İşlər Nazirliyi Kubada qalmış Çin vətəndaşlarının olması ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirlik bildirib ki, bir sıra aviaşirkətlərin uçuşları dayandırmasına baxmayaraq, bu günədək Kubada çətin vəziyyətdə qalmış Çin vətəndaşları barədə heç bir rəsmi məlumat daxil olmayıb.

Açıqlamada qeyd olunub ki, uçuşların dayandırılması təyyarə yanacağının çatışmazlığı ilə bağlıdır. Yanacaq böhranı isə ABŞ-nin Venesueladan daşınan yüklərə tətbiq etdiyi məhdudiyyətlər fonunda yaranıb.

“Kubanın suverenliyini qətiyyətlə dəstəkləyirik”

Rəsmi Pekinin mövqeyi

Məsələ ilə bağlı mətbuat konfransında çıxış edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib ki, Çin Kubanın milli suverenliyinin və təhlükəsizliyinin qorunmasını ardıcıl şəkildə dəstəkləyir.

Onun sözlərinə görə, Pekin Kubaya qarşı istənilən xarici müdaxilənin əleyhinədir və bu cür addımları qəbuledilməz hesab edir. Lin Tszyan vurğulayıb ki, Çin beynəlxalq münasibətlərdə dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir.

Pekin Kubaya dəstəyini davam etdirəcək

“İmkanlarımız daxilində yardım göstərəcəyik”

Çin XİN sözçüsü əlavə edib ki, Pekin bundan sonra da Kuba tərəfinə imkanları çərçivəsində dəstək və yardım göstərməyə hazırdır. Onun sözlərinə görə, Çin və Kuba arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri davam etdiriləcək.

Rəsmi Pekin Kubada yaranmış mövcud vəziyyətlə bağlı prosesləri yaxından izlədiyini və zərurət yaranacağı təqdirdə əlavə addımlar atacağını da istisna etməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş