Paşinyan: Ermənistan Üçün NATO İlə Əməkdaşlıq Vacibdir

1 Dəq Oxuma Müddəti

Paşinyan NATO ilə əməkdaşlığı önə çəkdi

Ermənistan Baş naziri Nikol Paşinyan, ölkəsinin beynəlxalq tərəfdaşlarla, xüsusən NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan NATO yanında akkreditə olunmuş səfirlərlə görüşündə çıxış edərək, əməkdaşlığın Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmininə mühüm töhfə verdiyini vurğulayıb.

“Barış və sabitlik siyasəti”

Paşinyan çıxışında Ermənistanın “barış və sabitliyi möhkəmləndirməyə yönəlik” siyasətini qeyd edib. O, 8 avqustda Bakı ilə İrəvan arasında imzalanmış Vaşinqton Bəyannaməsinə və paraflanmış sülh sazişinə toxunaraq, bu addımların regionda sabitliyin güclənməsi baxımından əhəmiyyətini qabardıb.

Səfirlər isə Vaşinqton Bəyannaməsinin imzalanmasını və sülh sazişinin paraflanmasını uzunmüddətli sabitliyin təmininə doğru mühüm addım kimi qiymətləndiriblər.

NATO-Ermənistan tərəfdaşlığı

Görüş zamanı Ermənistan ilə NATO arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkiblər. Sözügedən dialoqda regional təhlükəsizlik, Ermənistandakı islahat gündəliyi və beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistan 2005-ci ilin dekabrında NATO ilə “Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı” imzalayıb. Bu plan çərçivəsində İrəvanla Alyans arasında regional təhlükəsizlik, hərbi doktrinanın hazırlanması, müdafiə və büdcə planlaşdırılmasının təkmilləşdirilməsi, eləcə də mütəmadi məsləhətləşmələr nəzərdə tutulur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş