az.rasthaber.com Ermənistanın baş naziri Nikol Paşinyan, İlham Əliyevi ABŞ şirkəti tərəfindən idarə olunacaq Tramp Marşrutuna istinad edərkən “Zəngəzur dəhlizi” ifadəsini işlətməsinə görə tənqid edib.
Bazar ertəsi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistan, Azərbaycan və ABŞ arasında 8 avqustda imzalanmış birgə bəyannamədə “müəyyən terminologiya” – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) razılaşdırılıb.
“İnanıram ki, bu aydın və razılaşdırılmış terminologiyadan istifadə konstruktiv mühitin yaradılmasına və gələcək işlərin həyata keçirilməsinə kömək edəcək”, – deyə Paşinyan vurğulayıb.
O, görüşün digər iştirakçılarına izah edib ki, Azərbaycan Prezidentinin işlətdiyi ifadə Vaşinqtonda razılaşdırılmış məntiqlə Ermənistan tərəfindən qəbul edilmir.
Paşinyan əlavə edib ki, TRİPP proqramı hökumətinin 2023-cü ilin oktyabrında təklif etdiyi “Sülh yollarının kəsişməsi” layihəsindən irəli gəlir.
Paşinyan bu şərhləri Əliyevin eyni görüşdə səsləndirdiyi və TRİPP-in potensial təsirini yüksək qiymətləndirən bəyanatından sonra verib.
Əliyev ŞƏT sammitindəki çıxışında deyib: “Zəngəzur dəhlizi tezliklə Orta Dəhlizin, həmçinin sülh və çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək.”
Ermənistan Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” ifadəsini rədd edir və bunun Sünik bölgəsinə qarşı ərazi iddiası mənası daşıdığını bildirir.
Razılaşdırılmış yeni termin “Tramp marşrutu” olsa da, Əliyev və Türkiyə rəsmiləri hər iki ifadəni bir-birini əvəz edən mənada işlədirlər.
“Tramp marşrutu” ilə bağlı razılaşma 8 avqustda Vaşinqtonda Paşinyan, Əliyev və ABŞ prezidenti Donald Trampın iştirak etdiyi sammitdə əldə olunub. Sammitin nəticəsi olaraq, üç lider arasında yeddi bəndlik birgə bəyannamə imzalanıb.
Vaşinqton sammitində həmçinin ABŞ-ın, Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan MR ilə birləşdirən TRIPP adlanan marşrutun – yəni Tramp marşrutunun açılmasında iştirakı açıqlanıb.