Pakistının cənub-qərbində yerləşən Bəlucistan əyalətində dünən keçirilən mitinqin yaxınlığında baş verən partlayışda 4 nəfər həlak olub, 17 nəfər isə yaralanıb.
Polis rəsmilərinin açıqlamasına görə, partlayış əyalətin paytaxtı Kvetta şəhərindəki Şahvani Stadionunun yaxınlığında, mitinq bitdikdən qısa müddət sonra qeydə alınıb.
Kvetta Xəstəxanası sözçüsü Dr. Vasim Baiq Dawn qəzetinə açıqlamasında, hadisə nəticəsində 4 nəfərin öldüyünü, 17 nəfərin isə yaralandığını təsdiqləyib.
Yerəl Samaa News kanalının yayımladığı görüntülərdə yaralıların polis maşınları və şəxsi avtomobillərlə xəstəxanalara daşındığı görünüb.
Partlayışın səbəbi ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Məlumata görə, sözügedən mitinq Bəlucistanın sabiq baş nazirlərindən Sardar Axtar Menqalın rəhbərlik etdiyi Bəlucistan Milli Partiyası tərəfindən təşkil olunmuşdu.